Nahardan sonra yatmaq ömrü uzadır

Nahar ilə şam arası yarım saat olsa belə yatmaq vərdişi ürək-damar sisteminizi qorumaqla yanaşı onlarda yarana biləcək xroniki xəstəliklərin ömrünü 7-10 il geri salır.Eyni zamanda yaddaşınız da əlavə yüklərdən təmizləndiyi üçün məlumatı yaxşı qavrama və emal etmə vərdişi formalaşır.Alimlər bu nəticəyə son sınaqlardan sonra qəti əmin olsalar belə bu haqda məlumatlar qədim yunan tibb kitablarından alınmışdır.

Müasir tibb iddia edir ki,gündüz yuxusu serotoninin ifrazı ilə əlaqədar sizin müsbət tonusda qalmağınıza kömək edir.Təcrübələr göstərir ki,günorta vaxtı 30-40 dəqiqə belə yuxulayan birisinin ayıldıqdan sonrakı əmək qabiliyyəti 40-90% qədər artmış olur.Təsadüfi deyil ki,bir çox aviaşirkətlər öz pilotlarına bu sistemi tətbiq edirlər.Gündüz yuxusu əzələ metabolizmi də daxil olmaqla bütün bədən üzrə total maddələr mübadiləsini normallaşdırmaqla sizin artıq yüklərdən xilas olmağınıza və beləliklə də sağlam arıqlamağınıza da kömək edir.Gündüz yuxusundan faydalanan dahilər sırasında Albert Eynşteyni,Leonardo Do Vincini,Nikola Teslanı və Uinston Çörçilli göstərmək olar.


loading...

0 şərh