Ev heyvanlarına qarşı allergiya

Ən geniş yayılmış ev heyvanı pişikdir.Ev heyvanı saxlayanlar arasında geniş yayılan allergiya isə daha çox onların tükü ilə əlaqələndirilir.Tədqiqatlat isə bunu əksinə onların dərilərindən tər ilə xaric olunan zülal-antigenlərin rolunun yüksək olduğunu sübut edir. Pişiklərdə Fel D1 antigeni daha çox onların ağız suyunda rast gəlinir.O hava-damcı üsulu ilə yayılır və olduqca dözümlüdür.Bir neçə aya qədər aktiv olan zülal heyvanın öz yoxluğundan sonra da xəstələndirici ola bilər və əksər hallarda məhz allergiyanın səbəbi budur.Onun miqdarı heyvanın yaşı ilə düz mütənasibdir,belə ki,yaşlı heyvanlar daha çox allergen daşıyıcısıdır.Məhz yalamaq ilə keçdiyinə görə daha az yalayan pişik-sfinkslər kifayət qədər bahalıdır.Əksinə cəmiyyətdə onların məhz tüksüz olduğuna görə daha az allergiya yaratdığı düşünülürdü.Ən hipoallergik heyvan isə şinşilladır.Onun praktiki olaraq piy və tər vəzisi yoxdur,beləliklə allergenlərin yayılması üsulu da məhdudlaşmış olur.Bu istiqamətdə ən rahat heyvanlar isə sürünənlər-tısbağalar və hekkonlar hesab olunur.Onlar yalamır,tərləmir və beləliklə yoluxdurma imkanları azdır.Allergiyanı isə terrariumdakı bitkilər yarada bilər.Burada isə asanlıqla artıb çoxalan bakteriyalar allergenlərin yaradıcısı və yayıcısı ola bilər.Buna görə də ev heyvanı saxlamazdan qabaq mütəxəssislə məsləhətləşməyi unutmayın.
 

0 şərh