Nə üçün dərmanı mineral su ilə qəbul etmək olmaz?

Yaxşı olar ki, bütün preparatlar adi su ilə qəbul edilsin. Dərmanı mineral su ilə içmək olmaz, çünki mineral su preparatın bəzi maddələrinin sorulmasına mane olacaqdır. Bunun daha bir səbəbi də vardır. Mineral suda aktiv kimyəvi birləşmələr olduğundan preparatların aktiv maddələri ilə reaksiyaya girəcəkdir.Lakin elə preparatlar da vardır ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək daha yaxşı olar.
Bundan başqa, mədənin selikli qişasını qıcıqlandıran dərmanları süd ilə qəbul etmək olar.
Soyuqdəyməyə və hərarətə qarşı həblər adətən yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur və onları qreypfrut şirəsindən başqa istənilən şirə ilə içmək olar. Qreypfrut şirəsi dərman preparatları ilə reaksiyaya girərək orqanizmimizə təhlükəli təsir göstərə bilər.
Həbləri çayla qəbul etmək olmaz, belə ki, onun tərkibindəki tanin həll olunmayan birləşmə əmələ gətirir və bir çox dərmanlar sadəcə olaraq çöküntü verir. Xüsusən də azot tərkibli preparatları – kofein, papaverin, kodein və eufillini çayla içmək olmaz. Heç bir dərman heç vaxt alkoqolla qəbul edilməməlidir!
Antibiotiklər böyük miqdarda su ilə, ən azı bir stəkan su ilə qəbul olunur ki, mədə-bağırsaq traktının selikli qişasını zədələməsin. Tetrasiklinlər və linkozamidlər qrupundan olan preparatları ayaq üstündə və çox miqdarda adi su ilə qəbul etmək lazımdır.
Antibakterial preparatlar, xüsusən də sulfanilamidlər acqarına bir stəkan su ilə qəbul olunur. Əgər siz antibakterial preparatlarla müalicə kursu keçirsinizsə, o zaman onları böyrəklərin normal işləməsi üçün mineral içkilərlə qəbul etmək lazımdır.
Vitaminlər su ilə içilir və yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur. Həzm fermentlərini və kapsulda olan preparatları da su ilə içmək lazımdır. Bu preparatları həm yemək zamanı, həm də yeməkdən sonra qəbul etmək olar.
Təlimatı oxumaq və ya müalicə həkimindən öyrənmək kifayətdir, əgər buna imkan yoxdursa, dərmanı su ilə için, o zaman dəqiq səhv etməzsiniz.
loading...

0 şərh