Bağışlamaq ürəyə xeyirlidir

ABŞ-da aparılan araşdırma nəticəsində qəlbi qıran şəxsləri bağışlamağın ürəyə xeyri olduğu və sağlamlığa müsbət təsir göstərdiyi məlum olub.Bu araşdırmanı ABŞ-ın Kaliforniya ştatının San Dieqo Universiteti reallaşdırıb.Araşdırma 200 nəfər üzərində aparılıb. Tədqiqatçılar onlardan özlərini üzən hadisələri xatırlamalarını istəyib. Üzərində təcrübə aprılan şəxslərin yarısından hadisələri bağışlamalarını, digərlərindən isə onları üzən xatirələri qəzəblə yad etməklərini istəyiblər.Üzərində təcrübə aparılan şəxslər bu hissləri yaşayarkən onların qan təzyiqləri və ürək döyüntüləri yoxlanılıb.Hadisələri qəzəblə qiymətləndirənlərin qan təzyiqinin digərlərinə nisbətdə daha yüksək olduğu müşahidə olunub.Həmçinin, kin saxlamayan və onları üzənləri bağışlayanların ürəyinin daha sağlam olduğu da aşkarlanıb.
 

9 şərh

BaRLeLiTa
kin olmayaydı kaş((
Medikamentoz
Hər şey öz əlimizdədir.
alan
qelbinde bir qram bele olsun kin olan inlanlar cennete daxil ola bilmezler.ona gore de sene edilen pisliyi tez unut
Medikamentoz
Cənnətə qəlb ilə deyil,beyin ilə daxil olunacaqsan.Mən başa düşmürəm ki,Siz Quranı necə oxuyursunuz,yəqin ki,ümumiyyətlə oxumursunuz!
alan
onlari harda oxumasan a bala.qelbi kinle dolu adam cennete daxil ola bilmez bu menim sozum deyil PEYGEMBERIMIZ selevatullah bele buyurub
alan
ya din barede danisma danisirsansada bizim dinimizde buyurulanlari danis.menden sene qardas mesleheti
Medikamentoz
Qurani-Kərimdə oxumuşam.Peyğəmbər buyurub ki,mənim sözümü eşitdiniz və Mənə uyğun olmadığını gördünüzsə məndən bilməyin.Sizin Hədis elmindən məlumatınız azdır görünür,amma səbirli olun və Səhih hədisləri oxumağa çalışın.Nəinki din barəsində,istənilən mövzu haqqında danışa bilərəm,heçkimin hüququ çatmır buna sədd qoymağa,ən azı mənəvi hüququ,çünki,nə danışdığımı bilirəm.Qardaş məsləhəti üçün təşəkkür,amma mən də Sənə məsləhət görürəm ki,Quranı oxuyasan və hər deyilənə inanmayasan.

Biz onları kəkilindən tutub sürükləyəcəyik,günahkar kəkilindən---Bu ayənin təfsirini axtar oxu,Əzizim oxu,çooox xahiş edirəm oxu,şaiyələrə uyma! 
alan
qardasim dinden senden cox melumatim var nolar meni gunaha batirma.men esas sene dedim.uzatma daaaaa.uzaq durda menden
Medikamentoz
Sənə yaxın deyiləm,narahat olma.Heç kim istəmədikcə mən onu narahat etmirəm.Təki dindən məndən çox məlumatın olsun,buna sevinərəm,çünki din sənə lazımdır,mənə yox.Oki,qald uzaqlığa,Sən məni təqsirləndirdin və Dədə Qorqud niyyətilə «ad»landırmağa çalışdın,mən də Sənə lazım olmalı olduğun yerdə olmağını məsləhət gördüm.Gümn edirəm ki,hər şey Sənə su qədər aydındır.Sənə dinində uğurlar.