Ürəksiz insan

Dünyanın ilk ürəksiz insanı ABŞ-da yaşayır. Amerika mətbuatının verdiyi məlumata görə, 55 aşlı Kraiq Levis nəbzi atmadan yaşayan ilk insandır.Məlumata görə, ötən ilin mart ayında ürəyində yaranan problemlə bağlı Levis ölüm təhlükəsi keçirib. Texas Ürək institutunun professoru Billi Con və Bud Frazier xəstənin ailəsinə inqilabi çarə məsləhət görüb. Daha öncə 50-yə yaxın buzov üzərində təcrübə edilən nəbz vurmadan bədəndə qan dövranına şərait yaradan «continuous flow» (daimi axın) cihazı. Onun arvadı Lindanın icazəsi ilə Levisin ürəyi çıxarılaraq, bu cihaz taxıldı.Əməliyyatdan sonra dünyanın ilk ürəksiz insanı həkimlərlə danışmağa başlayıb. Anoloqu olmayan ilk insanın əməliyyatı və xəstəliyi haqqında sənədli film belə çəkilib. 
 

10 şərh

BaRLeLiTa
o filmə baxmaq istərdim məmnuniyyətlə
Medikamentoz
Süni ürək aparatıını canlı müşahidə etmək daha başqa bir xüsusi marağa malikdir.
Kenan_Elxanoglu
Ölməmək üçün bir aparat taxıldı ona,ama hər halda insanda ÜRƏK olması yaxşıdır. Sevməyə də, savaşmağa da…
Medikamentoz
Siz dediyiniz emosional məsələləri ürək deyil beyin icra edir bir orqan kimi :)
Kenan_Elxanoglu
Çox sağ ol.Hər halda o qədərini bilirəm! Amma siz görünür Azərbaycan dilini, aforizmləri, atalar sözlərini yaxşı bilmirsiniz. Əlbəttə ki, məcazi mənada ürəklə bağlayırlar bunu. Bir də ki, beyni düzgün işləməyən adamların da sevgisi və ya cəsarəti var və yaxud əksinə, beyni əla işləyən adamların qorxağı, sevməyi bacarmayanı var. Ürək təkcə qanı vurmaqla, mədə də təkcə həzmlə məşğul deyil orqanimzdə. Emosiyaları da təkcə beyin qəbul etmir, bütün bədən emosiyalara reaksiya verir…
Medikamentoz
Təəssüf ki,öz ixtisasımda bir mütəxəssis kimi Sizinlə razı ola bilməyəcəm.Sizə uğurlar.
Aysel77
Filmin adını bilən varsa paylaşın) Məlumata görə təşəkkürlər!
Medikamentoz
Sakitcə: Bilən olsa mənə də deyərsiniz :)
asel
bir başqa menbeden bu haqda oxumuşam. bu cür cihaz taxılan insan her 5 ilden bir emeliyyat olunmalı, cihaz yenisi ilə dəyişdirilməlidir.
Medikamentoz
Hər uzanan saniyə insan üçün əhəmiyyətlidir.