Soçimilko adasının kabusu

             

 Meksikada turistləri cəlb edən ən yaxşı yer paytaxt Mexikodan 20 kilometr məsafədə olan Soçimilkoda yerləşir.

Minlərlə turist bura qorxunc əfsanəyə görə gəlir. Şayiələrə görə, 1950-ci ildə üç cavan insan yerli göldə çimən zamanı boğulub. Bundan sonra burada sanki kabuslar yaşayırlar.

Ada sakini Culian Santana Barrera danışır ki, bir dəfə o gənc qızın qışqıran və ağlayan kabusuna rast gəlib. Bununla əlaqədar olaraq kabuslardan ehtiyat edən yerli sakinlər kuklaları öz evlərinin ətrafında asmağa qərar verib. Sakinlərin fikrinə görə, bu cinləri qorxutmalıdır.

O vaxtdan bu çirkli, sındırılmış və eybəcər oyuncaqlar bu yerin qoruyucuları olublar. İndi bu evdə Culiananın bacısı oğlu Anastasio Santana yaşayır.
Evin sahibi iddia edir ki, indi adada 1500-dən çox kukla var. Və bu yaxınlarda bir qadının «biz buradayıq» dediyini eşidib.





0 şərh