Şəxsi fikirlərim silsiləsindən

“Həyatda, görəsən, işlətdiyi ən azı 10 məişət cümləsində mən əvəzliyini işlətməyən insan varmı?”

Bir günlük tutmuşam, MS Word-də. Martın 1-dən başlayaraq, yazıram. Adını "Çılğın Riyaziyyatçının Gündəliyi" qoymuşam. Faktları yazıram, məni pis göstərəcək bir şey varsa, onları da yazıram.
Yuxarıdakı fikrimdə loru dildə işlətdiyim sözlər olsa da, müəyyən səbəblərdən yazdım. İnsanlar çox vaxt öz həmyaşıdları ilə və ya həmkarları ilə zarafat edirlər. Sonra da deyirlər ki, "xətrinə dəymədi?". Bilirsiniz, əslində həyatda səni nə gözləyir, bilə-bilməzsən. Sadəcə hadisələrin düzülüb-qoşulma alqoritmi məlum ola bilər ki, onu da yalnız ALLAH bilə bilər. Qaldı ki, alın yazısına. Mən alın yazısında insan doğularkən ölənəcən olan dövrü yazıldığını qəbul etmirəm.
Həyat elə bir şeydir, arada bir şablondan çıxmaq gərəkdir. Yəni, dəyişikliklər etməlisən, amma gözlənilməz. "The Curious Case of Benjamin Button" filmində baş qəhrəman Benjamin fiziki cəhətdən qoca şəklində doğulur. Möcüzədir, istisnadır, gopdur, hər nədir, axırı... dəyişiklikdir. Riskli addımlar atmaq gərəkdir.
Elə şeylər vardır ki, sən həmin çərçivədən kənarda düşünə bilmirsən. Məsələn, din, siyasət, təhsil, elm və s. Amma bir qaydaya və ya qanuna əks gedərək, yeni bir şey tapa bilərsən tapılmamış. Sadəcə, əvvəlcədən düşünmək, xəyal etmək gərəkdir. Eynşteyn demişdir:
"Təxəyyül bilikdən daha çox vacibdir. Bilik limitlidir, lakin təxəyyül bütün dünyanı əhatə edir."
Qayıdaq lap başdakı fikirə. Təsəvvür edin: bir qız və bir oğlan. Onlar 2 il eyni yerdə oxumuşlar və yalnız 2. il ünsiyyətdə olmuşlar, lakin sonra  qızın etibarı qırılmış, beyni dolmuş, ünsiyyəti dağıtmış. Oğlan isə can verən varlıq kimi səbəblərini axtarır. Aradan 2-3 ay keçir. Gözlənilmədən həmin qız və həmin oğlan qrup yoldaşı olurlar, amma heç danışmırlar. Oğlan qızın dərdindən ölür, qız isə ... (unknown) Oğlan artıq dəliyə dönür. Şizofreniya, narkolepsi xəstəliklərinə tutulmağa başlayır. Heç də asan deyil. Qızın isə bəlkə də heç vecinə deyil. Və sonda:
“... inan, sevsəydim, heç nəyə fikir verməzdim, amma sən seviləcək adam deyilsən.”
Burada oğlan artıq yuxarıda adını çəkdiyim filmin baş qəhramanlarından biri olan Daisy-in başlanğıcda danışdığı əhvalatdakı hekayətin həqiqət olmasını arzulayır.

Qısası, həyat insan çox şey verdiyi kimi, çox şey də qoparır. Bunlardan biri də özünü qarşındakının yerinə qoymaqdır. 

6 şərh

Shabnam_Ilham
Çox xoşuma gəldi, ağlınıza sağlıq :)
ayxansevda
xoşuma gəldi. daha doğrusu yazının yazılma dili maraqlıdır, hətta çox maraqlıdır amma mənə yazıdakı cümlələr əlaqəsiz gəldi. yazının əvvəlində «mən» əvəzliyindən və "Çılğın riyaziyyatçının gündəliyindən" söhbət getdi, dedim burda maraqlı nəsə olacaq, sonra qəfildən mövzu vəfasız qıza dəyişdi. son cümlə isə mənə çatmadı «həyat nəsə bizdən qoparır» — bunun mən əvəzliyinə, vəfasız qıza nə aidiyyatı var. düzü, mən anlamadım. sonra da bu yazının özünü başqasının yerinə qoymağa nə ilə əlaqəsi var? :) əvvəl yazı statistika ilə başladı, sonda pessimist hisslərlə bitdi.ayrı -ayrılıqda bu fikirlərin hamısı maraqlıdır bir yerdə isə əlaqəsiz görünür. yenə də maraqlı idi.
Aysel218
chox beyendim ...tesekkurler.
MaksiMuS
Ayxan sevdanın sözünə qüvvət, məqalədə doğru məqamlara toxunulub ama bitmiş bir fikir, topik yoxdu. Əvvəli düşündürücü, ortası gülməli, axırı ağlamalı :))
Angelie
razıyam...əməlli-başlı şüur axınıdı...heç nə əlaqəli deyil…
Angelie
Açığı mən bəyənmədim...heç H.Murakami sizi qədər dolaşıq yazmır)...amma bu cür yazını bölüşmək cəsarətinizə əhsən...İnşallah ki, mükəmməlliyin başlanğıcı olar...təşəkkürlər