Narkolepsi

Yəqin, mən tək deyiləm ki, dərsdən qayıtdıqda avtobusda mürgüləyirik. Əsas da, oğlanlar, avtobusun arxasında oturarkən yuxuya gedirlər. Lakin mən bir an tez yuxuya düşüb ayıla-ayıla gəldiyim vaxtı yuxu ilə real aləmin fikrimdə qarışdığını hiss etdim və yadıma 3 illik arkadaşımın danışdığı bir xəstəliyi araşdırdım. Azərbaycanca tapa bilmədim, çalışacağam sizə Azərbaycanca məlumat verim:

Narkolepsi
Narkolepsi - gündüz aşırı yuxululuq - Excessive Daytime Sleepness (EDS) - ilə xarakterizə olunan nevroloji bir durumdur. Yuxu paralici, katapleksi və hipoqolik halüsinasiyalar isə bu xəstəlik zamanı ortaya çıxan fəsadlar kimi qiymətləndirilə bilər.
Ən gözə çarpan simptomlarından birisi gecə yaxşı yatmağına baxmayaraq, gündüz aşırı yuxululuqdur. Xəstəlik sahibi olur-olmaz yerlərdə, vaxtlarda, əksərən də özlərinin də fərqinə varmadıqları vaxt yuxu getmək ehtimalıdır. Gün içərisində bir növ, "yuxu hücumları"na məruz qalanlar bu xəstəliyə düçar olurlar.
Katapleksi - əzələlərin fəaliyyətinin zəifləməsidir. Bu peiodik prosesdir. Bu period aşırı gülmək, qızğınlıq, qorxu və digər duyğular proseslər nəticəsində üzə çıxa bilər.
Yuxu Paralici - oyanma əsnasında danışa bilməmə, hərəkət edə bilməmə prosesidir. Bu daha təhlükəlidir.
Hipoqolik Halüsinasiyalar - son dərəcədə sıx görülən, canlı, sıx qorxuducu olan, yuxuya giriş vaxtı və çıxış vaxtı röya tipli bir şeydir. Loru dildə "qarabasma"lar görülməsidir.
Katapleks yalnız narkoleptik xəstələrə şamil olunası simptom olduğu halda, digərləri başqa xəstəlik zamanı da ortaya çıxa bilər.

Mənbə :  http://tr.wikipedia.org/wiki/Narkolepsi
 

1 şərh

Rene
Məlumata görə təşəkkürlər. Mənimçün yeni məlumat idi. Azərbaycan dilində adı narkolepsiyadır, məlumat var, amma çox azdır. Yəqin siz narkolepsi adıyla axtarışa vermisiniz deyə tapa bilməmisiniz.
P.S. qızğınlıq bizim dildə başqa məna verir, yəqin tərcümədə avtomatik olaraq elə yazmısınız. :)