Müsəlmanlar Amerikanı Xristofor Kolumbdan əvvəl kəşf etmişdir

Receb TaibTürkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın  “1-ci Latına Amerika Ölkələri Müsəlman Dini Liderlərin Zirvəsində”  çıxışı zamanı söylədiyi ifadələr qısa bir müddətdə dünya meydyasının gündəminə oturdu.  Onun “Amerikanı Xristofor Kolumbdan əvvəl Müsəlmanlar kəşf etmişdir” ifadəsi İspaniyada müsbət qarşılanmadı. İspanlar türk lideri gerçəklərdən uzaq olmaqda günahlandırdı və söylədiyi bu qeyri–adi iddianı sübut etməyə çağırdı.

Ərdoğan qeyd edir ki, Xristofor Kolumb öz gündəliyində Kubada yerləşən dağın zirvəsində məscid gördüyünü yazmışdır. Bu isə göstərir ki, müsalman dənizçilər Amerika qitəsinə 300 il əvvəl çatmışdır. Ərdoğan çıxışında bu fakta əsaslanaraq Latın Amerikası ilə İslam Dünyası arasındakı əlaqələrin təməlinin 12-ci əsrə dayandığını söyləyir.  O qeyd edir ki, “Amerika qitəsinin Kolumb tərəfindən 1492-ci ildə kəşf edildiyi məlumdur. Lakin bu faktdır ki, müsəlman dənizçilər Amerikaya 314 il qabaq, 1178-ci ildə çatmışlar”. Ərdoğan bu barədə Kubadakı vətəndaşlar ilə söhbət etmək istədiyini vurğulayır. “Yəqin ki, o məscid bu gündə o dağın zirvəsində mükəmməl şəkildə qalmaqdadır” — deyə Ərdoğan əlavə edir.

 Kolumbİspaniya mediyası Ərdoğanın sözlərinə geniş yer verərək bildirirlər ki, Kolumb öz gündəliyində heç bir zaman Kuba da dağın zirvəsində məscid görməsindən bəhs etmir. İspanlar bu iddianın mənbəyinin həmin dövrün filosof və din adamı olan Bartolome De Las Casas-ın Kolumbla əlaqədar yazıdığı hekayədə “Bir dağ gördüm, dağın üzərində zərif bir məscidə bənzəyən bir təpəcik var” ifadəsinin olduğunu vurğulayırlar. Bu din adamının yazıdığının uydurma nağıl olduğunu söyləyirlər.

 

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.  Mənbə: www.independent.co.uk

0 şərh