Göy Oğlu - Bozqurd

Türklüyün simvolu olan bozqurdlar qurdların bir növüdür. Bu canlılar, ümumiyyətlə, ev heyvanlarından adətən qoyunlara, mallara və atlara tələ «qururlar» və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.

Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar.Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.

Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Öndə ən zəif 3 xəstə qurd gedir. Pusquya düşsələr ilk onlar öləcəklər. Əsas vəzifələrindən biri də arxadan gələnlərin yorulmamaları üçün qarı ayaqlayıb yumşaltmaqdır. Onlardan sonra 5 ən təcrübəli canavar — avanqard dəstə gedir. Ortada isə 11 dişi qurd. Dişiləri arxa cinahdan məsul digər 5 təcrübəli qoruyucu qurd izləyir. Ən sonda, sürüdən bir qədər aralı məğrur yalnızlığı ilə irəliləyənsə liderdir, sürünün başçısı. O, sürünün tamamını görməli, nəzarətdə saxlamalı və onu idarə etməlidir.

    Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.

Mənbə: www.wikipedia.org

 

5 şərh

Gülnar
Yaşasın türkün məğrur simvolu
istorik_c
Elə tərifli yazıblar sanki Keniyada Masai Mara qoruğunda şirlər öz ayaqları ilə gəlib insana tabe olurlar.
MuSHviG
O sadece bir xüsusiyyetidi boz qurdun. Mövzunu gözdən salmağa çalışmayın!
istorik_c
Mövzunu gözdən salmaq niyyətim yoxdu. Sadəcə bu qədər tərifləyəndə sürüyə soxulub birini aparmaq əvəzinə bütün qoyunları tələf edən xüsusiyyətini də yazmaq lazımdır.
MuSHviG
Canavarın da bildiyi bir şey var yeqin, yoxsa belə etməz;)