Sevgililər gününü özəl etməyin yolları

“Sevgililər günü”nü xüsusi və unudulmaz qeyd etmək üçün ilk öncə plan qurmalısınız. Sevgilinizlə birlikdə şam yeməyinə gedə, hətta  gecəni fərqli məkanda keçirə bilərsiniz. Ayrıca sevgilinizə verəcəyiniz hədiyyəni, üzərinə yazacağınız arzuları, o gün geyəcəyiniz paltarları də əvvəldən planlaşdırmalısınız. 

“Sevgililər günü”ndə sevgilinizə xüsusi bir hədiyyə ilə yanaşı  öz fantaziyanızla hazırladığınız kiçik bir hədiyyə verməniz də çox xoş sürpriz ola bilər. Hər kəs onun üçün vaxt və əmək sərf edildiyini görməkdən məmnun qalar, sevgiliniz də onun üçün xüsusi bir şeylər etdiyinizi gördüyündə çox təsirlənə bilər. Əlinizdən heç bir şey gəlmirsə, ya da vaxtınız yoxdursa, ən azından hədiyyə kartını özünüz hazırlayın.  

“Sevgililər günü”nə kiçik sürprizlə başlamaq mükəmməl ola bilər. Bütün günü birlikdə keçirəcəksinizsə, sevgilinizin günə gözəl sözlərlə başlamasını təmin edə bilərsiniz. Əgər axşam görüşəcəksinizsə, ona səhər çatacaq romantik bir məktub göndərə bilərsiniz. Gün ərzində ümid etmədiyi anlarda qarşısına çıxacaq romantik mesajlar, notlar, fotolar günü xüsusi hala gətirə bilər.

“Sevgililər günü”nün özəl olmasını istəyirsinizsə, özünüzdə gözəl və baxımlı olmalısınız. Sevgilinizlə görüşmədən əvvəl həm özünüzü daha yaxşı hiss etmək, həm də onun sizi ən gözəl halınızla görə bilməsi üçün dərinizə qulluq edin və ən çox yaraşan saç və makyajı seçin. Ayrıca mütləq bu günə xüsusi olaraq qəşəng bir paltar seçin.

Bu günü evdə keçirəcəksinizsə, mütləq mühiti romantik hala salın. Şablonlaşmış  üsulların bəzən o qədər də pis olmadığını unutmayın və günün anlayışına uyğun olaraq qırmızı rəng, ürəklər, güllər, şamlardan istifadə etməkdən çəkinməyin.  Birlikdə yemək yeyəcəksizsə, gözəl bir süfrə hazırlayaraq romantik bir musiqi siyahısı tərtib edin və mütləq  gözəl görünün.

Mənbə: qafqazinfo.az

 

0 şərh