Həriflərin düzgün oxunuşu (A, Ke)

Əbdüləzəl Dəmirçizadə (Müasir Azərbaycan dili 1-ci hissə fonetika, orfoepiya, orfoqrafiya Bakı, 2007)
A saiti
. Müasir Azərbaycan ədəbi dilində ən çox işlənən saitlərdən biri a saitidir Buna görə də a saitinin tələffüz çalarlığı çoxdur. Ümumiyyətlə, müasir ədəbi dildə işlənən sözlərin bir qisminin əsli ilə əlaqədar fonetik təbiətindən, bir qismində isə fonetik şəraitindən, bəzən də intonasiyon çalarlıqdan asılı olaraq müəyyən hecalardakı a saiti ya uzun (a:), ya qısa (a), ya adi (a), ya vurğulu (á), ya uzadılmış vurğulu (â), ya da diftonqlaşmış ou kimi müxtəlif çalarlıqda tələffüz olunur.

A saiti aşağıdakı məqam və şəraitdə uzun tələffüz olunur:

1. Əsasən ərəb və fars dillərindən alınma sözlərin tərkibində aşağıdakı məqamlarda olan a saiti bir qədər uzadılaraq tələffuz olunur.

a) Birinci, bəzən də ikinci həcadan sonrakı həcada incə saitlərdən, xüsusən ə, e, i saitlərindən biri gələrsə ondan qabaqkı həcada olan a azacıq uzun tələffüz olunur: a:di, a:lim, a:ləm, ka:tib, sa:kit, qa:bil, sa:hil, ma:təm, ma:ne, bəra:bər, təra:nə, ləya:qət, müha:ribə, müda:fiə, müqa:vimət və s

Qeyd: Belə alınma sözlərdan bəziləri ahəng qanunu əsasında azərbaycancalaşsa da hələlik əslinə uyğun olaraq a saitinin azacıq uzadılması ilə (tələffuz olunur za:ltım, qa: zı və s. Belə sözlər sərbəst uslubda adi a ilə tələffüz olunur qazı, zalım və s.

Ke samiti

I Ke samiti aşağıdakı məqam və şəraitdə adi halda öz məxrəcinə müvafiq, yənik samitinin kar qarşılığı kimi tələffüz olunmalıdır:

a)      əsil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərdə.

1.     Söz başında  ı-dan başqa hər cür saitdən evvəl. kal, katib, kef, kəs, kələm, kim, kitab, kol, kotan, köz, köpük, kuzə, kül və s.

2.     Söz ortasında saitlər arasında: çəkic, iki, öküz, hekayə, hökumət, zəka və s.

3.     Söz ortasında cingiltili samitdən sonra saitdən əvvəl: inkar, nankor, erkən, tülkü və s.

4.     Söz ortasında saitden sonra, cingiltili samitden əvvəl: hikmət, çəkmə, tökmə, hökmən, hönkür və s

5.     Təkhecalı sözlərin sonunda: pak, tək, tik, tük, mülk, müşk, kürk.

b)    Sona zamanlarda rus dilindən alınma sözlərdə:

1.     Söz başında və ya sözün ortasında incə saitlərdən əvvəl gələrsə: jaket, bankir, anket və s.

2.     Söz axırında incə saitlərdən sonra gələrsə: elastik dramatik  və s.

II Əsil Azərbaycan sözlərində və çoxdan azərbaycancalaşmış alınma sözlərdəke samiti məqam və şəraitdən asılı olaraq aşağıdakı çalarlıqlarda tələffüz olunmalıdır:

a)    Söz ortasında kar samitlə bitən hecadan sonra gələn heca başındakıke samiti azacıq cıngiltililəşdirilmiş şəkildə tələffüz olunmalıdır:təşkil, müşkül, ötkün, kəskin, yetkin, əskik, küskün, düşkün və s.

Qeyd: Söz ortasında  f, h samitləri ilə bitən hecadan sonrakı hecanın başındakı ke öz məxrəcinə uyğun tələffüz olunur əfkar, məhkum, möhkəm, məfkurə və s.

 

b)     Söz ortasında yanaşı gelən kk-den ikincisi azacıq cingiltili tələffüz olunmalıdır: hikkə, Məkkə, mütəkkə, sikkə və s.

 

III Ke samiti aşağıdakı məqam və şəraitdə y samitinin kar qarşıhğı sayılan x' (ih) səsi çalarlığında azacıq nəfəsli tələffüz olunmalıdır:

a)    Çoxhecalı sözlərin sonunda: çiçəx' (çiçək), ərix' (ərik), çürüx' (çürük), biləx' (bilək) və s.

b)    Söz ortasında örtülü hecadan əvvəlki, qapalı hecanın sonundakı ke: kəx'lix' (kəklik), təx'lif (təklif), əx'lil (əklil), Əx'bər (Əkbər), ürəx'dən (ürəkdən) və s.

 

Qeyd: V işarəsi latınca sait (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.

Samitlə başlanan heca örtülü, saitlə başlanan heca örtüsüz adlanır:

Örtülü heca: CV, CVC, CVCC, CCV, CCVCC Örtüsüz heca: V, VC, VCC

Heca samitlə bitəndə qapalı, saitlə bitəndə açıq olur:

Qapalı heca: VC, CVC, CVCC, CCVCC, VCC Açıq heca: CV, CCV, V

 

1. Örtülü – açıq heca: CV, CCV

2. Örtülü – qapalı heca: CVC, CVCC, CCVCC

3. Örtüsüz – açıq heca: V

4. Örtüsüz – bağlı heca: VC, VCC

 

Zaman və məkanca əlamet anlayışlarını ifadə etmək üçün işlənilən sifətdüzəldici -kı, -ki, -ku, -kü şəkilçiləri ancaq i saiti ilə ki çalarlığında tələffüz olunmalıdır: axşamkı — axşamki, onunku -onunki, özününkü — özününki, baxçadakı — baxçadaki, toydakı — toydaki, evdəki, küçədəki və s.

0 şərh