Sanki , qaranlıq gecədə parlayan günəş

Tarix çox şahid olub  -  zamanın mənasız adətlərini, ədalətsiz qanunlarını   dəyişən ,  zülmət qaranlıqda bir işıq yandırıb insanlara nurla qaranlığın fərqini göstərən insanlara… İnqilabi mübarizəyə qalxmış bu insanlar daim cəmiyyətin diqqət mərkəzində olduğundan  İnsanlar daim onlarla, onların mübarizələri ilə maraqlanmalı olublar. Yaşadığı mühitin təsiri altına düşməyən, zamanın maskası ilə maskalanmayan bu inqlabçı insanlardan öz mübarizə xətti ilə seçilən və bütün insanlara nümunə ola biləcək xanımlar da var.

XÜSUSİLƏ BİR XANIM VAR Kİ ,   Onun çox qısa ömrünün hər mərhələsi   cəmiyyətdə mühim dəyişikliklərə səbəb olub, təkcə öz zamanında yox, bütün zamanlarda düşüncələri, adətləri, mədəniyyətləri, dinləri — ümumiyyətlə bütün cəmiyyətləri istədiyi kimi  qəlibləşdirmək istəyən qüvvələrin qarşısında böyük maneə olub bu xanımın adı.

İnqilabi dəyişikliklərin başlanğıcı onun dünyaya göz açması ilə başladı və onunla davam etdi. O, atasının ən kiçik qızı idi, elə bir zamanda dünyaya gəlmişdi ki, atanın nüfuzu oğlan övladı ilə tanınırdı. Bütün qəbilə oğlan övladı gözlərkən, bu xanım dünyaya gəlmişdi. O cəmiyyətin durumu  "Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar; verilən müjdənin “pisliyi” üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər!”(Nəhl 58-59) —  bu vəziyyətdə idi.  O zaman oğlu olmayan kişini sonsuz adlandırırdılar. Onun atasına da sonsuz deyirdilər. Amma onlara cavab gecikmir.  "(Ya Peyğəmbər)  Həqiqətən, biz sənə Kövsər (çoxlu xeyir)  bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşməninin özü sonsuz və nəsli kəsilmişdir.” (Kövsər surəsi )  — Bəli, düşmən özü sonsuzdur, düşmənin nəsli zamanla itib batmışdır, amma Biz sənə Kövsəri verdik, sənin yeganə varisin olan Kövsəri. Bu məktəbin inqlabı belə başlayır- Kövsərlə başlayır. Son peyğəmbərin qızı Xanım Fatimeyi Zəhranın (Kövsər) vasitəsilə davam edir atasının mübarizəsi........
Vəhşi adətlərin hakim olduğu şəraitdə atası qızı Zəhranın əllərindən öpür, onu çiyinlərində gəzdirir. Anasını kiçik yaşlarında itirən, atasının düşmənləri tərəfindən təzyiqlər altında yaşayan Fatimə atasını mübarizə meydanında yalnız buraxmır. Gözlərinin qarşısında atası təhqir olunur, döyülür, istehza edilir. Səcdədə olarkən atasının başına atdıqları qoyun içalatını o balaca qız kiçik əlləri ilə gözləri yaşlı halda təmizləyir. Onun tənha atasına olan sevgisi, nəvazişi səbəb  olur ki, o balaca Fatiməyə  «atasının anası» ləqəbini verirlər.

 Cahiliyyətin adət-ənənələrinin hökm sürdüyü bir cəmiyyətdə İslam peyğəmbərinin  elə bir qızı var idi ki, bütün  yanlış təsəvvürləri, alt-üst etmiş və mübarək vücudu ilə qadın, qızlar üçün yeni bir mötəbərlik və etibar gətirmişdi. Hicrətdən sonra Ərəbistan yarımadasının adlı-sanlı məşhur varlıları Fatimə (ə) üçün elçiliyə gəlir ,lakin onların hamısı YOX cavabı alır. Çünki onlar layiq ola bilməzdilər bu xanıma. Fatimənin  həyat yoldaşı iftixarına heç bir şəxsiyyət Əli (ə) qədər layiq deyildi.  Və bu evlilik baş tutur. Özünün qısa müddətli ömründə həzrət Əlidən (ə) dörd övladı olur ki, övladlarının hər biri İslamdan bir nur idilər.

1. İmam Həsən  2-İmam Hüseyn  3-Hz Zeynəb  4-Ümmü Gülsüm.

 

 İslam tarixində mühüm ictimai-siyasi məsələlərin həllində bu müqəddəs qadının öz dəst-xətti və ictimai məktəbi var. Xanım Zəhranın ən böyük inqlabi fəaliyyəti mübarizə meydanında Hz.Əli (ə) ilə birgə addımlaması, tənha Əliyə daim dəstək olması və Əlinin adlı sanlı üzdə müsəlman görünən düşmənlərinə qarşı əlavə bir cəbhədə mübarizə aparması olub.

Peyğəmbərdən sonra münafiqlər İslam hökumətini ələ keçirib, Əli-yə qarşı mübarizə apararkən, Xanım Fatimeyi Zəhra yalnız qalan yoldaşının yanında yer alıb ona dəstək olmaqla kifayətlənmədi. Həm Əli (ə) ilə birlikdə onlarla mübarizə aparırdı, həm də o münafiqlərə qarşı özü başqa bir cəbhə açıb onları öz xütbələri ilə ifşa elədi.  Axırda haqq yolunda şəhid oldu. Onun faciəli şəkildə şəhid olması qəlbləri ağrıtsa da hədəfləri, məqsədləri uğrunda idi. O öz mübarizəsi ilə üzdə müsəlman görünən saxta xəlifələrin iç üzünü bütün haqqsevərlərə göstərdi.... 

Xanımın həmin zalımlara ən son zərbəsi isə əbədi bir zərbə oldu. Peyğəmbər qızı Xanım Fatimeyi Zəhra (s.ə)  Hz. Əliyə etdiyi xüsusi vəsiyyətlə o zalımlara son zərbəni vurmuş oldu… Bu gün haqq axtaranlar, İslamda həqiqəti görmək istəyənlər üçün Xanım Zəhranın o vəsiyyəti haqda maraqlanmaq kifayət edər...

 

Bütün kitablarda cənnət qadınlarının seyyidəsi olaraq tanıtdırılan Xanım Fatimeyi Zəhranın məzarının gizli qalması bir təsadüf ola bilməz. O məzarın yerini bir Əli bildi bir də övladları....

 

 

0 şərh