Aşağı baxma...

Həyat bir yoldur...

Müxtəlif qapılarla zəngin bir yol. Hər qapı bir görüşdür. Sən öz qapını açırsan və bunun qarşılığında da bir qapı açılır, orada isə-sənin taleyin, sevgin, dostluğun, karyeran və ümumiyyətlə arzuladığın hər şey.
Sizin aranızda bir körpü var. Möhkəm, ya da dözümsüz, zərif körpü- hər kəsin özününkü...
Sən inamla, sevinclə sabaha doğru, sevginə doğru qaçırsan.
Və birdən uçurum, sənin sevdiyin insanın körpüsü yoxdu, ya tikməyib, ya da özü uçurub. Sən onun qisməti deyilsən. Bu onun seçimidir.
Qəzəb küləyi saçlarını dağıdır, yanmış ümidlərin közü gözlərini acışdırır, ümidsizlik yaşları gözlərinin qarşısını pərdə kimi örtür. Çiyinlərin həsrət və kədərin ağırlığına tab gətirə bilmir. Beynin deyilməmiş tələblər, sözlərin ağırlığı altında əyilir. Çarəsizlik, ümidsizlik burulğanına döğru sürüklənirsən.
Sən aşağı baxırsan, addım atırsan və aşağı mərtəbəyə düşürsən. Və orada yenə də bir yol - boz, darıxdırıcı, yeknəsək.
Yenə bir qapı.
Sən onu açmağa çalışırsan. Lakin soyuq, ayrılmaz qorxu ürəyini zəncirləyib. Əllərin qapının cəftəsinə doğru uzanıb, lakin keçmişdəki ümidsizlik, inciklik yüklərinin ağırlığının təsirindən əllərin ona çata bilmir. Və sən bomboz tozu - həyata keçməmiş arzularının küllərini məyus, qəmgin, sayıqlayaraq ayaqlarınla bir tərəfə yığırsan. Tənhalıqda... Bütün qapıların yanında... Həyat yolunun sonuna kimi...

STOP!!!

Həyat - filmdir. Lenti əvvələ fırladırıq...

" Aha....  beləliklə sən uçurumun yanındasan, hansı ki, bir zamanlar möhkəm idi, çoxlu vədlər verirdi. Bəs nə etməli? "

Aşağı mərtəbəyə baxma, ətrafa boylan.

Budur sənin yeni görüş sevincinin buludu... sənin sevginin isti şüası... sənin sevincinin, qayğısız gülüşlərinin isti qığılcımları... sənin zərifliyinin sərhədsiz okeanı... sizin ürək dolusu söhbətlərinizin böyük, isti ocağı...sənin kömək olduğun insanların sənə qarşılıqlı sevgisi...

Yuxarıya bax. sevgi, minnətdarlıq axını səni qoynuna alır və sən yuxarı mərtəbəyə qalxırsan.
Və orada . Yeni bir yol - işıqlı, aydın... yumşaq qum dənələri sənin rahat addımlarının altında xışıldayır. Çiyinlərində isə - Sevgi, İnam qanadları, Təcrübə, Bilik qalxanı.

Yeni bir qapı.

Sən onu qorxmadan açırsan...

Sonra? Sonra yeni görüş, yeni seçim... sənin öz seçimin...

Hər kəsin özününkü olur

SADƏCƏ AŞAĞIYA BAXMA...


Tərcümə: Rzayeva Nailə

6 şərh

2ral
Belə bir postu yazmağa nə səbəb olduğunu bilmək maraqlı olardı.Sentimentallıq yüksək dərəcədədir.
bloqçu

İnsan hər zaman büdrəyə bilər. Heç də qarantiya deyil ki, hər şey mütləq yağ kimi olacaq. Sadəcə çalışmaq lazımdır ki, hər büdrəyişdə cəsarətlə ayağa qalxıb, yenə də irəliyə doğru addımlaya biləsən. Əzmin, istəyin, məqsədin nə qədər güclü olarsa, addımların da bir o qədər sağlam olar. O zaman hər şey yaxşı olacaq!

Dior
Şəxsən mən iki həftə bundan əvvəl azacıq büdrədim,indi isə hər şey yaxşılığa doğru irəliləyir.
Cavid
hamıya oxumağı məsləhət görürəm.
Xrizoberil
eee səs vermək olmur ki! ((((