Ən murdar yer

Bir filosof öz var-dövləti, şan şöhrəti ilə fəxr edən bir varlının evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağa -sola baxır, münasib bir yer tapmadığı üçün ağzının yığılmış tüpürcəyini ev sahibinin üzünə tüpürür. Orada olanlar məlamət və məzəmmətə başlayırlar. Filosof deyir:
-Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürcək ən çirkin və ən murdar yerə tüpürülsün, mən də nə qədər ətrafıma göz gəzdirdimsə, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən  daha murdar və çirkin yer tapmadım. (Əxlaqi Nasiri)

Var-dövlət yığmaqdır  kimin adəti,
Doğruluq gözləmə sən ondan qəti. (Ə.X.Dəhləvi)

Pulu hər şeyə qadir hesab edən adamlar, özləri üçün hər şeyə qadirdilər.
Pul ağıllı adamlar üçün vasitə, axmaq adamlar üçün məqsəddir.
pul (dollarlar)

9 şərh

Shabnam_Ilham
Təəssüf ki, indiki zəmanədə pula görə hər şeyini, vicdanını, heysiyyətini, namusunu, əxlaqını itirənlər var. Dəyərmi bütün bunlara, dəyərmi kağız parçasından ötrü bütün gözəllikləri itirməyə… məncə yox! Pul vacib rol oynayır sadəcə yaşaya bilmək üçün, o da halal zəhmətlə qazanılırsa təbii ki…
BaRLeLiTa
Var-dövlət yığmaqdır  kimin adəti,
Doğruluq gözləmə sən ondan qəti. (Ə.X.Dəhləvi)-bu həqiqətdi doğrudan da.
 
Medikamentoz
Qarışıq bir fikirdir,bir mənalı şərh verilə bilməz.
MASON
Exlaqi Nasir dahiyane kitabdi. her yas dovru ucun aktuallaqini qoruyur
 
Ramil
Pul çox şey deməkdir, amma hər şey demək deyildir.
azadmamedov90
o filososf bezi menbelere esasen Diogen olub… zennimce bu heyati sadece olaraq qazanib му yemek ucun serf edirik. saglamligimizi itiririk qazanmaqcun, qazandigimizi xercleyirik saglamliq ucun.
 PS.- afrika olkelerinden birinde ayliq maas 30 dollardir. corek ise 3 dollar. indi tesevvur edin kki insanlar nece yasayirlar bu heyatda. Gundelik gelir bizde adambasin 11 dollardir. Norvecde ise 200 dollardan cox. qeribedir ele deyilmi?