Real həyatdan götürülmüş hekayə....

 

"Mən işimlə əlaqədar olaraq daim ezamiyyətdə oluram. Bir gün ezamiyyətdən qayıdan zaman xoşagəlməz vəziyyət ilə qarşılaşdım. Belə ki, gəldiyim vaqonun kupesində mən tək idim, lakin növbəti stansiyada mənim kupemə sərnişinlər daxil oldu, hansı ki, məhz  həmin sərnişinlər də mənim hekayəmin baş qəhrəmanlarıdırlar. Təbii ki, bu məni sevindirdi, tək yol getmək əlbəttə ki, sıxıcı idi,amma mənim sevincim çox uzun çəkmədi.. Onlar kupeyə daxil olanda mən adət üzrə onlarla salamlaşdım, lakin qarşılığında “ Burda da sizlər? Hara gedirik elə sizlər qarşımıza çıxırsınız” cavabı gəldi. Baxmayaraq ki, mən Rusiya vətəndaşı idim, lakin belə sözlərlə tez-tez qarşılaşırdım,  yenə də bu sözlər mənim əhvalımı korlamadı. Düşündüm ki, yəqin  yorulublar, ona görə də belə aqressivdirlər. Onlar əşyalarını yerləşdirdikdən sonra mənə əhəmiyyət vermədən öz aralarında söhbət etməyə başladılar. Mənim yol yoldaşlarım bir yaşlı kişi, qadın və gənc qız idi. Şam yeməyi zamanı mən olan azuqələrimi masaya qoydum və onları da dəvət etdim. Kişi bundan hiddətləndi: “Bizim sənin yeməyinə ehtiyacımız yoxdur. Özün ye”. Doğrusu bir insanda bu qədər qəzəbin ola biləcəyini fikirləşmirdim, hətta mənim də iştaham qaçdı. Kişi siqaretini götürüb kupedən çıxdı, ardınca isə həyat yoldaşı. Kupedə mən və gənc qız qaldıq. Qız dedi: Bilirsiniz, mənim atam ermənilərə nifrət edir”. Mən onu inandırmağa çalışdım ki, mən azərbaycanlıyam və mənim də ermənilərə nifrət etməyə çox əsaslı səbəblərim var.” Sonra mən bu nifrətin səbəbini soruşdum, qız isə bunun uzun əhvalat olduğunu, valideynləri yatdıqdan sonra mənə ətraflı danışacağını bildirdi. Gecə hamı yatandan sonra Sveta mənə əhvalatı danışmağa başladı: 15-16 il bundan əvvəl onların kəndinə Azərbaycandan qaçqın erməni ailəsi gəlir.Onlar böyük ailə idilər dörd uşaq, ata və ana. Atanın adı Vartan, ananın isə Seda idi. Bu ailə həddindən artıq kasıb idi. Kolxoz sədri onlara ev verdi, Vartanın yoldaşını isə kolxoza sağıcı kimi götürdü. Onlar mənim bu yol yoldaşlarım ilə qonşuluqda yaşayırdılar. Vitya dayı ( Svetanın atası, mənə qəzəblənən kişi) isə taxta sexində işləyirdi. Kəndlilərin Vartanın ailəsinə yazığı gəlirdi. Elə birinci gün Vitya dayı ət kəsdi, onun yarısını qonşularına verdi, həmçinin yağ, süd və digər ərzaqlarla da köməklik göstərdi. O zamanlar hamı çətinliklə dolanırdı, amma buna baxmayaraq hamı Vartanın ailəsinə köməklik göstərirdi. Vitya dayı onunla ailəvi dostluq etməyə başladı, Vartanı taxta sexinə işə düzəltdi. Svetanın dediklərinə görə onlar gah Vartangildə, gah da Vitya dayıgildə yığışır, deyib -  gülüb əylənirdilər. Bir müddət keçdikdən sonra b Vartan  özü üçün kiçik ferma yaratdı, orada donuz, qoyun, inək saxlamağa başladı. Və bir gün Vitya dayını işdən çıxardılar, onun yerinə isə Vartanı təyin etdilər. Bu müddət ərzində Vartan özünə ikimərtəbəli ev tikdi, artıq o qonşularına qonaq gəlmirdi, hətta onlarla əlaqəni kəsdi. Bir gecə Vitya dayı həyətə çıxdı və gördüyü mənzərə qarşısında nitqi qurudu. Vartan və onun oğulları gecə ilə onun həyətinin yarısını hasara alıb öz sahələrinə qatmışdılar. Vitya dayı səhərə qədər yata bilmədi. Səhər erkəndən qalxıb onların qapısına getdi.: Utanmırsan, sən necə mənim torpaq sahəmi özününkünə qata bilirsən?”

Vartan isə əhvalını pozmayaraq sakitcə: “ Nə olub ki, nə vaxtsa sən də mənim ərazimdən kiçik bir torpaq sahəsini özününkünə qatmışdın, mən ki, onda səsimi çıxarmamışdım. İndi mənə yaxşılıq etmisən deyə heç nə etməməliyəm, məncə belə daha ədalətlidi.” Bu sözlər Vitya dayını həm təəccübləndirdi, həm də daha da qəzəbləndirdi, axı bu erməninin burda heç bir torpaq sahəsi olmayıb. Svetanın dediklərinə görə Vartan indi çox vəzifəli bir şəxsdir, o bütün yaxınlarını ətrafına toplayıb. İndi kolxoz olmadığına görə bir zamanlar ona kömək edən kəndlilər isə onun əlinin altında işləyirlər. İndi isə Vartan Vitya dayını məcbur edir ki, evini, torpağını ona satsın, amma Vitya dayı isə prinsipə ona rədd cavabı verir. Bu zaman mən qəhqəhə ilə gülməyə başladım. Gülüşümə Vitya dayı da yuxudan ayıldı. Mən onlara bizim Qarabağ problemini, ermənilərin bu torpağa olan iddialarını danışdım. Təəssüf ki, növbəti stansiya mənim idi.Mən Vitya dayı ilə sağollaşıb vaqondan düşdüm. Bax belə bir əhvalat.

P.S. Burada Vitya dayının və onun ailəsinin təhlükəsizliyi məqsədilə bütün adlar dəyişdirilib, çünki Vartanın çox güclü əlaqələri var.

Müəllif:Eldar Əliyev
Tərcümə: Rzayeva Nailə

6 şərh

papatürk
Mən belə halların çox olmasını arzu edirəm.bəlkə o zaman Rusiyada ermənilərin necə adam olduğunu başa düşərlər.
bankir
Bu millətə görə nəinki Azərbaycanda,artıq Rusiyada qatarda da əziyyət çəkirik.
IDEAL
Maraqlı və oriqinal hekayədi. Çox xoşuma gəldi. Onlara yazşılıq yoxdu. Bizim xalqımızda onlara yaxşılıq edib, əvəzində isə nə bacarırlar oğurlayırlar. Musiqi qoymayıblar, Yemək qoymayıblar, torpaq qoymayıblar hamısına əl atıblar. Hətda qəbirlərimiz üzərinə xaç qoub adlarını yazıblar. Sumqayıtda bəzi binaların təmiri SSSR-i dövründə ermənilərə tapşırılıb. Çox gülməlidi ki, bunu araşdıran biri bu binalar üzərində olan naxışların şəklini çəkmişdi hamısınıda da ermənilər xaç olan bəzəklərlə bəzəmişdilər. Daha Sonra bu binalar yenidən təmir olundu və onların bəzəkləri dəyişdirildi.
pedaqoq
Millətin yaxşısı ya pisi olmaz,insanların yaxşısı ya pisi olur.
IDEAL
Onlar uşaqlarını Türklərə nifrət ruhunda böyüdürlər. Ola bilər həmin uşaq böyüyüb yaxşı insan olacaq, yəni özləri üçün və ya digər xalqlar üçün. Ancaq həmin uşaq bizə nifrət edəcək. Əslind yaxşı insan olma anlayışı nisbidi. Bu gün Biz Müharibədə Erməni öldürüb torpağını qorumağa çalışan Azərbaycanlını qəhrəman sayırıq. Ancaq onlar üçün bu şəxs ən pis adamdı. Yəni bu millətin hər bir nümayəndəsi bizimlə düşməndi. Onun etdiyi qəhrəmanlıq bizim əleyhimizə olacaq. Özlüyündə nə qədər yaxşı insan olsalarda bizə qarşı yaxşı insan olacaqlarına inanmıram
azadmamedov90
maraqlıdır. mənə belə gəlir ki, bu həyatda təkcə vartanlar belə etmirlər. dünyanın hər yerində vartanlar var, ama bununla da bitmir. sadəcə bu vartanların kökünü kəsmək lazımdır.inanın mənə təkcə ERMƏNİ əsilli VARTAN`lar yox, həmçinin də hər  bir xalqın millətin VARTAN`ı var. mənə belə gəlir ki, dövlətə vartanlar daha çox yarayır, nəinki o Vityalar…