Cizgi filmləri. Xeyirli, yoxsa zərərli?

Cizgi filmləri. Çox zaman insanların gözləri qarşısına qayğısız uşaqlıq illəri, yerinə yetməyən sehrli arzular, xatirələr gəlir. Bəzilərimiz hətta yaşa dolmağımıza baxmayaraq yenə də o uşaqlıq cizgi filmlərinə baxmaqdan doymarıq, sanki onlar bizi yenidən uşaqlığımıza qaytarırlar. Bəs uşaqlar...
Valideynlərə, pedaqoqlara, psixoloqlara suallar verilir - cizgi filmlərin uşaqlara nə kimi təsiri var? Hansı cizgi filmlərinə baxmaq daha yaxşıdır - yerli, yoxsa xarici? Ümumiyyətlə uşaqlar bu animasiya filmlərinə baxmalıdırlarmı?
Əvvəlcə bu animasiya filmlərinin bir tərəfinə, yəni müsbət tərəfinə nəzər yetirək. Cizgi filmləri rəngli, obrazlı, sadədirlər. Özünün tərbiyəvi istiqamətinə görə oyunlara, nağıllara yaxındır. Bəzi cizgi filmləri uşaqlara tərbiyələndirici təsir göstərir, onlara bu və ya digər vəziyyətdə necə davranmağı öyrədir, dəcəllik edən, daim mübahisə edən, yoldaşları ilə yola getməyən uşaqların sonunun necə olmasını onlara izah edir. Sanki bununla uşaqları bir çox çətin vəziyyətlərdən qoruyur. ( mehriban olacaqsan səninlə dostluq edəcəklər, ya da əksinə...). Doğrudan da animasiya filmlərinə bu istiqamətdən baxanda onların necə də öyrədici, tərbiyələndirci xüsusiyyətə malik olduğunu görürük, bununla onlar sanki valideynlərə öz övladlarını yetişdirməkdə kömək edirlər. Sehrli qəhrəmanlar onlar üçün sanki nümunə olur.
Lakin bir çoxlarımıza da məlumdur ki, bəzi cizgi filmləri uşaqlarda aqressiya yaradır, fikirlərini tamam başqa istiqamətə dəyişir. Məsələn, bir çoxlarımızın sevərək izlədiyimiz Tom və Jerry cizgi filmi. Daim qaça-qaç, biri digərini ya balta ilə vurur, ya suda boğmağa çalışır. Bəzi cizgi filmlərinin isə sujet xətti tamamilə anlaşılmazdır. Bir çox müasir cizgi filmləri pedaqoji, psixoloji və etik cəhətdən savadsız çəkilir. Onları özlərində heç bir məna kəsb etmirlər, yalnız qəddarlıq, aqressiya, qanunsuzluq.
Bəs bu vəziyyətin çıxış yolu necə olmalıdır? Uşaqlara cizgi filmlərinə baxmağı qadağan etmək? Bu zaman onun dünyagörüşü daha zəif olacaq. Daim uşağın izlədiyi cizgi filmlərinə nəzarət etmək? Demək olar ki, bütün cizgi filmlərində  qəddarlıq və ya xeyirxahlıq nümunəsi var.
Bunun üçün də valideynlər cizgi filminin üslubundan asılı olmayaraq çalışmalıdırlar ki, onu övladı ilə birgə izləsinlər. Suallara cavab verməyə çalışmaq lazımdır. Cizgi filmi bitdikdən sonra onu mütləq müzakirə etmək lazımdır. Uşaq bu filmdən nəyi anladı? Nə üçün baş qəhrəman məhz o cür hərəkət etdi? Mənfi qəhrəman düzgün hərəkət etmişdimi? O davranışları həyatda təkrar etsək necə olar? vəs. Bəlkə də bu üsulla uşaqlara daha çox şey öyrədə bilərik...



Müəllif - psixoloq İnqa Viktorovna Surkova

Tərcümə: Rzayeva Nailə

3 şərh

videofan

Məncə  Ələddin(Aladdin) filmi çox yaxşıdır.Az-çox uşağın ağlı kəssə Nu,Poqodi! yaxşıdır,çünki sovet multfilmlərinin bir şeyi yaxşıdır ki,orada tərbiyəvi cəhətlər çoxdur.Karlson da məsləhətlidir,amma köhnədir.
Simba filmi vardı,o çox gözəldir.Afrikada heyvanların həyatı haqqında olsa da,orada cəsarət,mərdlik,satqınlıq,yaltaqlıq(orada giyenalar var) və s. hər şey yaxşı təsvir olunub.

pedaqoq
Ən zərərli şey cizgi filmlərində seksual şeylərin çox olmasıdır. Amerikanın bəzi cizgi filmlərində uzun öpüşmə səhnələri var.Uşaq buna baxanda təbii ki onun nə ilə bağlı olduğunu soruşur.gəl indi uşağa bunu izah et. Cizgi filmlərində,lap elə Simpsonlar ailəsini götürək. Orada fahişələr,məktəbdə dələduzluq,diskotekada əyyaşlıq tərənnüm olunur.Nə dərəcədə düzgündür belə fimlər çəkmək?
Silen_ce

Axı Simpsolar uşaqlar üçün yox, böyüklər üçün çəkilib. Uşaqların baxmağı məsləhət deyil, çünki orada siz demiş, uşaqların tərbiyəsini korlayacaq kadrlar çoxdur.