Рейтинг
0.00

Nədir?

1 üzv, 3 topik

Qıjı nədir?

Qıjı termini ölkəmizdə, xüsusilə də bəzi gənclərin arasında getdikcə yayılmağa və istifadə olunmağa başlayıb. Bir çox insanlar hesab edirlər ki, “qıjı” sözü “çuşka”, yaxud da “kənddən gəlmiş” sözlərinin sinonimidir. Lakin, bu təbii ki belə deyil.


Davamı →

Varvarizm nədir?

Varvarizm bir dilin formalarına xas olmayan və həmin dilin təmizliyini pozan xarici söz, yaxud ifadələrdir.

Xarici dil bilmək çox vacibdir, xüsusilə rus və ingilis dillərini. Gəlin baxaq ətrafımızda olanlar hansı dildə danışır. Elə bilirik ki, Azərbaycan dilində danışırıq, amma sözlərin yarısı rus sözlərindən ibarətdir. Konfranslarda, verliş və çıxışlarda natiqlərin çoxu, iki və ya üç dili (azərbaycan, rus və ingilis) bir-birinə qarışdırıb çıxış edirlər. Halbuki bunu bir dildə etmək daha doğru olardı. Hər bir azərbaycanlı doğma dilini bilməlidir, bu, bir aksiomadır (sübutsuz qəbul edilən fikir). 

Dilimizin saflığının və təmizliyinin qorunması, nitq mədəniyyətinin inkişafı hər bir dövrdə olduğu kimi, müstəqillik dönəmində də mühüm əhəmiyyət kəsb edir. Respublikamızda son illər bu istiqamətdə konkret tədbirlər həyata keçirilib və ciddi addımlar atılıb. Ana dilimizə dövlət tərəfindən diqqət və qayğı xeyli dərəcədə yüksəlib. 

Bu gün həm yazılı, həm də şifahi nitqdə ədəbi dil normalarının pozulması, dilimizin kənar təsirlərlə korlanması halları hələ də davam etməkdədir. Hal-hazırda, istəmədən azərbaycan dilində qarşılığı olan sözləri rus, türk və ya başqa dillərdə deyirik.

Bu gün də varvarizm, mədəniyyətlər və insanlar arasındakı dialoqun əhəmiyyətini və mədəniyyətlərarası anlayışın qurulmasında rastlaşdığımız çətinlikləri xatırladan bir termin olaraq qalır. Mədəni müxtəlifliyin və qarşılıqlı hörmətin önəmi vurğulanarkən, varvarizmin qarşısını almaq üçün təhsil və mədəniyyətlərarası dialoqun gücləndirilməsi mühüm bir addım kimi qəbul edilir.


Davamı →

Podrat nədir? Podratçı kimdir? | Podratçı haqqında məlumat


Podrat nədir? Podratçı kimdir?

Müəyyən haqq müqabilində hər hansı bir işi görməkdən ibarət öhdəlik və bu öhdəlik üzrə görülən iş deməkdir. Həmin bu öhdəliyi öz üzərinə götürən tərəflər isə podratçı adlanır.

Podrat üzrə həm fiziki həm də hüquqi şəxslər (müəssisə və ya təşkilatlar) iş görə bilər.

Podrata götürmək  isə razılaşdırılmış müəyyən haqq müqabilində bir işi görmək üçün iltizam qəbul edilməsidir.


Davamı →