Zülmə "Dayan" deyək!

1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlamışdır. Ermənistan Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün Azərbaycanla illərlə davam edən müharibəyə başladı. Bu müharibənin ən qorxunc izlərinə biz Xocalıda rast gəldik. Uşaq, qadın, yaşlı bilmədən, dəhşətli işgəncələrlə 613 azərbaycanlı şəhid edildi. Əslində bu yazdıqlarım demək olar ki, bütün nəşr orqanlarında, qəzetlərdə, jurnallarda, sosial şəbəkələrdə rast gələcəyimiz məlumatlardır. Hazırladığım bu yazımda hadisənin əsli necə olub, bu ağılalmaz terror aktı kim tərəfindən və nə üçün törədilib ondan danışmaq istəyirəm. Xocalıda məsum Azərbaycan xalqına qarşı edilən zülüm əsl vəhşilik idi. Bu vəhşiliyin arxa fonunda isə Sovet dərin dövlətinin Darvinist-materialist zehniyyətindəki peşəkar qatilləri var idi. Soyqırımın əsl məqsədi Qarabağ bölgəsini boşaltmaq və azərbaycanlıları oradan çıxarmaq idi. Xüsusi seçilmiş erməni əsgərləri Xocalı soyqırımında alət kimi istifadə edildilər. Bir tarixi mənbədə erməni yazıçılarından bəzilərinin Xocalı soyqırımı haqqındakı tükürpədici düşüncələrini oxumuşdum. Hətta mənim yazmağa belə üşəndiyim bu aşağıdakı cümlələr təəssüf olsun ki, bu insanların düşüncəsini, əqidəsini təşkil edir: «Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq». (İmza Zori Balayan) «Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən keçmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız uşaqlarının meyitlərinin sinəsinə basaraq addımlamağa başladım. Ayaqlarım və şalvarım qan içində idi. Beləcə 1200 meyitin üstündən keçdim». «Martın 2-də „Qaflan“ erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi». Ermənilərin etiraflarında da öz əksini tapan bu vəhşilikləri heç bir normal insan edə bilməzdi. Bu, açıq-aydın terror hadisəsidir. Yalnız öz şəxsi əqidələrinə xidmət edən bu insanlar dinc əhaliyə tarixdə görülməmiş əzablar veriblər. Dünyanın bir çox ölkəsində davamlı müharibə çıxaran və sülhü əngəlləyən Darvinist-kommunist-marksist sistem mövcuddur. Bu sistem qan istəyir, nifrət şüarlarını dəstəkləyir. Ölkələrin dostluq münasibətləri qurmasını istəmir. Davamlı fitnə çıxarır. Birlik istəmir. Ayrılıq istəyir. Sevgi istəmir, dəhşət istəyir. Buna görə də insanların şüuraltına nifrəti, qəzəbi qabardan, müharibəyə, qarşıdurmaya, qarışıqlığa yönəldən mənfi təlqinlər verərək, onları ruhsuz, ölü zombilərə çevirir. Eynən zombilərdən bəhs edən dünya müharibəsi -Z filmində olduğu kimi… Nifrət qışqırıqçılarının səsləri susdurulmalıdır. Yaşanan o vəhşilik keçmişdə qalmış, olub bitmişdir, böyük ağrı-acılar yaşanmış, şəhidlər verilmişdir. 22 ildir ki, ağlayırıq, sızlayırıq, kimə nə faydası var? Ya da ki, ermənilərə lənət oxumaq, görəsən Xocalı şəhidlərini geri qaytarar? Hələ kollektiv iş, ya dost söhbətlərində, sosial şəbəkələrdə erməniləri təhqir etməklə, qəhrəmanlıqmı edirik görəsən? İldə bir dəfə anım mərasimlərində qara geyib özünü bikef göstərən, qalan günləri kefinin ağası olanlar məni qınamasınlar. Bundan sonra nifrət şüarlarının, intiqam hayqırtılarının, hərkəsi düşmən olaraq görmənin, nifrət toxumlarını davamlı hərəkətləndirməyə çalışmanın heç kimə heç bir faydası yoxdur. Nifrət qorxunc bir şeydir, müharibələrə, qətliamlara, sevgisizliyə, dəhşətə, əzablara səbəb olur. Demirəm ki, ermənilərlə dost olaq, keçmişimizi unudaq. Sadəcə indiyə qədər istifadə etdiyimiz üslub doğru olmayıb. Onu dəyişməliyik. 22 il əvvəl Xocalıda faciə yaşandı, dünən Şərqi Türkistanda, İraqda, Krımda, Moroda, Patanidə, Kərkükdə, Əfqanıstanda, bu gün isə Suriyada təkrarlanır. Dünya darvinist-materialist sistemin əli ilə zombiləşmiş insanlar tərəfindən çalxalanır. Biz də tutmuşuq ki, 22 il bundan əvvəl 613 nəfər həmvətənimiz şəhid olub. Bəs Suriyada ağrıdan, soyuqdan inləyən o uşaqlar necə olsunlar? Təkcə öz dərdimizə qalmaq vicdana uyğun deyil. Bu yaşananlara dayan demək hamımızın borcudur. Edəcəyimiz şey çox asandır. Biz bilirik ki, Xocalıda baş verən terror aktı idi. Bu gün də dünyanın hər yerində baş verir. Terrorçuları xüsusi şəkildə hazırlayırlar. Ta ki, onları heyvana çevirənə qədər. Onlar insanları öldürməkdən qətiyyən narahat olmurlar. Əksinə, bundan böyük həzz duyurlar. İnsan gül qoxulamaqdan, gözəl mənzərə seyr etməkdən, kiçik uşaqlarla oynamaqdan, sevgi dolu yeniyetmələrin, gənclərin gülüşündən? Şən hərəkətlərindən həzz alar. Amma bu manyaklar üçün qan tökmək həzz mənbəyidir. Eynən vəhşi heyvanlar kimi. Terroristlərin bu beyinə dürtülmə yanlış əqidələri materialist və darvinist ideologiyadan qaynaqlanır. İnsanı heyvandan törəmə adlandıran, dolayısı ilə bir növ heyvan kimi görən, canlıların inkişafını təbiətdəki həyat uğrunda mübarizə ilə əlaqələndirən, bu mübarizədə güclülərin qazanacağını, zəiflərin isə məhv olmağa məhkum olduğunu iddia edən darvinizm terrorizmin azğın əqidəsinin əsasını təşkil edir. Darvinisit-materialist zehniyyətdəki insanlar dünyanın, insanların Allah tərəfindən deyil, təsadüflər nəticəsində yarandığını və beləliklə də heç kim qarşısında məsuliyyət daşımadıqlarını düşündükləri üçün, Allahdan qorxmadıqları üçün istədikləri azğınlıqları edirlər. Biz də qəhr olsun ermənilər deyəcəyimizə, bu аmаnsız və vəhşi hаdisələrin baş vermə səbəblərini fаşist, kоmmunist, mаtеriаlist, irqçi ideologiyalarda aхtаrmаq lazımdır. Bu ideologiyalara qarşı fikri mübarizə aparmaq lazımdır. Biz burda erməniləri lənətlədikcə, bu sistem də öz işini görür, o yanda Suriyanı dağıdır, bu tərəfdə PKK, APO — Öcalan vasitəsilə türk igidlərinin qanını içir. Dünya kommunist terror bəlasından xilas olmaq istəyirsə, geniş miqyaslı antikommunist və antimaterialist elmi fəaliyyətlərə başlamalıdır. Belə fəaliyyətə ehtiyac duymayan, yaxud təsir gücünə inanmayan insanlar darvinizmi təkcə təbiət hadisələri ilə məhdudlaşdırılmış nəzəriyyə kimi qəbul edən, üz-üzə dayandıqları təhlükənin böyüklüyündən xəbərsiz olan insanlardır. Terrorçulara tərk silah olun, bəsdirin demək kömək etməyəcək. Körpə quzuları parça-parça edən canavara, Allah sənə lənət eləsin, bəsdir ay canavar, etmə canavar, içmə quzularımızın qanını demək nə qədər məntiqsizdirsə, terrorçulara da lənət oxumaq, onları sadəcə qınamaq, etmə demək o qədər məntiqsizdir. Darvinizm kökdən qurudulmalıdır.İnsanların zehnindən silinməlidir. Bu olmadıqca terror təhlükəsi dünyanı təhdid etməyə davam edəcək. Heç kim öz yaxasını kənara çəkməməlidir. Mənə nə deməməlidir. Ən azından istəmək, insanları sevgi birliyinə dəvət etmək, dünyadakı zülm mühitinin bitməsi üçün dua etmək də də böyük fəaliyyətdir. Bəlkə sadəcə bir nəfərin səmimi duası ilə bu zülm mühiti bitər kim bilər ki bunu? Necə ki, “Warm Bodies” filmində şüurlu insanların vəsiləsi və güclü dəstəyi ilə, zombiləşmiş ölü bədənlər dirilir və insanlara artıq zərər vermirlər. Real dünyamız da eynilə o kinodakı kimi olar. Amma biz də gərək dəstək olmaqda laqeydlik etməyək, güclü və şövqlü olaq bu yolda.   Nuridə Nuriyeva

0 şərh