İntihar çıxış yoludurmu?

Bu il başlayandan bir çox intihar hadisəsi oldu. İntihar edənlər, intihara cəhd edənlər...

İntihar səbəbləri haqqında yazmadan öncə statistikaya nəzər salmanızı istəyirəm:

 Statistikaya görə hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir. Gün ərzində 3.000 insan intihar yolu ilə yaşamlarını sonlandırırlar. Başqa sözlə, hər 40 saniyədən bir 1 insan intihar edir. Bu gün ən çox intihara üstünlük verən insanlar Yaponlardı. Belə ki, Yaponiyada gündəlik 150-200 insan intihar edir. Bilməmiş olmazsınız, Yaponiyada “İntihar meşəsi” adlanan yer var, hər il bu meşədən 70-100 cəsəd tapılır.

2012-ci ildə rəsmən qeydə alınan intihar hadisələrinin statistikasına baxaq: Daxili İşlər Nazirliyinin hesablamalarına görə ötən il Azərbaycanda 482 nəfər intihar edib. 2013 – cü il üçün rəsmi statistika hazır olmasa da,  bir çox intihar hadisəsinin olduğunu xəbərlərdə oxuduq. 2013-cü il may ayında 46, apreldə isə 66 intihar hadisəsinin baş verdiyi göstərilir.

 

İntiharların səbəbləri müxtəlifdir; kimisi pulsuzluqdan, kimisi xəyanətdən, kimisi sevdiyinə qovuşa bilmədiyi üçün intihara əl atıb. Səbəblər fəqrli görünür, əslində isə təməldə duran problem birdir: insanların mənəvi yöndən zəifliyi və acizliyi. Bir insan yaşadığı sıxıntıdan çıxış yolu olaraq intiharı görürsə, deməli mənəvi olaraq güclü şəxsiyyətə sahib deyil. Və bu gün cəmiyyət içində sorğu keçirsək çoxlarının gələcəklə bağlı ümidsiz düşüncələrə sahib olduqlarını, psixoloji cəhətdən gərgin olduqlarını görərik. İstər ailə daxilində, istər işdə narahatlıqlar olduqda özünəqəsd ehtimalları artır. İnsanlar bir-birlərinə qarşı çox sevgisiz, etinasız, anlayışsız münasibət göstərirlər. Halbuki insanların doğru əxlaqla əxlaqlanması lazımdır. Burada da qarşımıza çıxış yolu olaraq insanlara Quran əxlaqının öyrədilməsi çıxır.

İmanı güclü olan bir insan başına hansı hadisə gəlirsə gəlsin, əsla, intihara cəhd etməz. İmanı gücləndirmək üçün kainatda, canlılarda, öz vücudundakı qüsursuz yaradılışı öyrənməsi və Allah’ın bütün bunları boşuna yaratmadığını bilməsi lazımdır. İman edən insan başına gələn hər hadisədə bir xeyir olduğunu bilir, Allah’a tam güvənir, şər kimi görünən hadisələrdə də xeyir olduğunu bilir.

Sizcə bu mənəvi gücə sahib biri intihar edərmi? Əsla! Bu inanca sahib olan kəs qarşılaşdığı hər hadisənin başıboş baş vermədiyini, hər çətinliyin ardınca bir asanlığın olduğunu biləcək və Allah’a inanıb-güvənib həyatına davam edəcək.

Həqiqət budur ki, güclü imana sahib insan həyatı iman etməyən insandan fəqrli qavrayır və yaşayır.

•          Hər an xoşbəxt və şən olmaları,

•          Heç bir səbəbdən dolayı kədərlənməmələri  

•          Əsla ümidsizliyə düşməmələri

•          Heç bir səbəbdən əhvallarının pozulmaması

•          Mənfi kimi görünən hadisələrdə belə çox rahat və hüzurlu olmaları iman edən və iman etməyənlər arasında fərqi göstərən ən əsas örnəklərdir.

Bu səbəbdən, xüsusilə son 45 ildə 60% artan intihar hadisələrinin qarşısının alınması üçün yeganə yol insanlara Allah`ı tanıtmaq, Quran əxlaqını öyrətmək, imanı sevdirməkdir.                                                  

Müəllif: Canan Aysel Velizade

 

0 şərh