Yalquzaqla Söhbətim

Bir gün Sahildə FİFA U17 Women World Cempionata aid kiçik festival idi diyəsən, onun yanındakı skamyada oturmuşdum. Kefim yox idi. Bir oğlan yaxınlaşdı mənə və başladı şikayətlənməyə.

Adam xaircən diqqəti çəkən deildi. Lakin gözəl natiq idi. Aramızda keçən dialoq maraqlıydı:

+Salam. Oturmaq olar mı?

-Salam. Buyrun.

+Görürsən mi bunları? — oynayanları göstərərək — Ölkədə nə baş verir, nə baş vermir verclərinə deil. Hələ üstəlik bu konsertdə Ermənistan bayrağını belə asıblar. —- Colimbia bayrağı: sarı,göy,qırmızı. Ermənistan bayrağı: qırmızı,göy,sarı – Ordan asılmış bayrağın rəng düzülüşü: qırmızı,göy,sarı! —-

-Bəli.

+ Ölkədə Avropa dəyərləri adı altında insnları pozurlar.Millət vətəni satır. Parçalana-parçalana gəlmişik.Şah İsmayılın dövründə Azərbaycan çox böyük idi. Sora feodal birlklərə, xanlıqlara parçalandı. Gülüstan müqaviləsini bilirsəndə? o müqavilə ilə dövlətimizi, millətimizi parçaladılar sorada ört-basdır etdilər. Sora Qərbi Azərbaycanı verdilər. Borçalı çoxdan getmişdi və Dərbəndi demirəm heç… — çantasından 2,3 köhnə kitab çıxardıb vərəqlədi… — Burda Ağdamda şəhid olmuş insanların adları var. Görürsən mi nə qədər çoxdur? — kitabda bir komandirin şəklini göstərdi — Bu komandir mənim qohumumdur. Qəhrman birisidir. Ağdam döyüşləri gedəndə neçə kəndi ermənilərdən azad edib. Bakıya qayıdanda xəstələnmişdi. Qanında xərçəng xəstləliyi vardı. Xəstəxanaya apardıq. Dedilər, bu xəstəliyin çarəsi yoxdur. Yalan deyirlər!!! Mən bilirəm ki, bu xəstəliyin çarəsi var. Çünki, çox irəliləməmişdi. Amma həkimlər belə bir komandiri sağaltmaq istəmirdilər. Siyasətdi… O adamı sağaltsalardı Qarabağada bəzi komandirlərin necə torpağı satdıqlarını, necə verdiklərini deyəcəkdi. Qoymadılar… Səncə belə bir adam üçün dövlət nə etməliydi ?

— Sağaltmalıydı təbbi ki.

+ Əlbətdə ki, sağalması üçün əllərindən gələni etməliydilər.Amma etmədilər. Dövlət yaxşı yerə getmir. Millət Haqqı unudub. Həzrəti Rasulullah aleyhi salatu vəs salamı təhqir etdilər bizim sözdə müsəlmanlar heçnə etmədilər. Mən təbiətdən ibrət alıram. Ağaclar boşuna solmur. Yarpaqlar boş yerə tökülmür. Allahu Təala cəllə cəlaluhu, Həzrəti Cəbrail əleyhisəlam vasitəsi ilə Peyğəmbərimiz Həzrəti Rasulullah aleyhi salatu vəs salama göndərilən Quran-i Kərimdədə buyrulur ki, İnsan oğlu nankördür. Onu yaradanı unudar. Səma, buludlar, sular, quşlar, hər kəs uca yaradana çağırır insanı. Hər birində insan üçün gözəl ibrətlər vardır. — sual verməyə fürsət tapdım –

— Haralısınız?

+ Dininə, irqinə, milliyətinə, ayırd qoymadan öncə Allahın quluyam. Sonra Azərbaycanı bölgələrə bölmək istəmədən Qarabağlıyam. Ən çox şəhid verən yerdən..

— Xocalı ?

+ Xocalıda öz yerində. Orda da ölənlər mənim bacı və qardaşlarımdır. Ağdamlıyam.

— Harda oxuyursunuz?

+ Nitqimə görə deyirsiniz?

— Bəli

+ Orta məktəbi qurtarmışam. Oxumağa şəraitim olmayıb. Sadəcə millətin bu vəziyyəti mənə ağır gəlir!

— Harda işləyirsiniz?

+ Çox yerdə işləmişəm. Mühafizə kimi, fəhlə kimi və s.

— Ramil Səfərov Macarıstanda ermənini yatarkən baltaladı. Bunun haqqında nə fikirləşirsiniz?

+ Hər nə etsə də, keşke kişi kimi öldürəydi

***
Uzun sözün qısası, buna bənzər 1 saat, 1 saat yarımlıq söbətimiz oldu. Daha doğrusu o danışdı, mən dinlədim. Bu yazıda nə dərəcədə çatdıra bildim bilmirəm amma adam çox gözəl danışırdı. Səs tonu və mimikalarıda öz yerində. Adam heç məlumatı olmayan hər hansı bir mövzuda, qurup-quraşdırıb rahat daşıa bilərdi. Oxumuş və birazda ictima aktiv olsa, rahat gənc liderlərdən olardı. Bu adamın məqsədi, yanında 2, 3 kitab gəzdirib, şəhərdə bir-bir kimə yaxınlaşa bilirdisə yaxınlaşıb belə söhbətlər edir və bu yolla milləti dəyişdirməyə çalışırdı. Yarı cahil, yarı intellektual bir adam belə başa düşürki, dəyişiklik dövlətdən yox, xalqdan başlayır!

0 şərh