Islam əxlaqı

Qeyd etdiyim kimi,İslam dini qədər gözəl əxlaqa əhəmiyyət verən başqa bir din və ya düşüncə sistemi göstərmək mümkün deyildir.Belə ki,Əfəndimiz (s.a.v.) buyurmuşdur: "İslam gözəl əxlaqdır". Həzrəti Peyğəmbərin gözəl əxlaqı təşviq edən bir çox sözü vardır.

"Möminlərdən ən kamil imana malik olanı əxlaqı ən gözəl olanıdır".

"İçinizdən ən çox sevdiklərim və qiyamət günü mənə ən yaxın olanlarınız əxlaqı gözəl olanlarınızdır." Bu göstərilənlər əxlaq haqqındakı hədislərdən sadəcə ikisidir.

Qurani-Kərimdə ədalət, əhdə vəfa, bağışlama, təvəzökarlıq,ata-anaya itaət,sevgi,qardaşlıq,sülh,etibar,dürüstlük,birlik,bərabərlik,yaxşılıq,ehsan,ismət,əliaçıqlıq,mərhəmət,insaf,şirindillik,gülərüzlük,tamizqəlblik kimi gözəl əxlaqı xislətləri təşviq edən və zülm,haqsızlıq,riyakarlıq,xudpəsənlik,qeybət,kin,bədgümanlıq,israf,özbaşınalıq və s. Kimi xüsusiyyətləri isə tənqid edən çoxlui ayənin yer alması,Quranda əxlaqa nə qədər böyük əhəmiyyət verildiyini göstəriri.

Əfəndimizin (s.a.v.) gözəl əxlaqı təşviq edən və pis xüsusuiyyətləri tənqid edən hədisləri isə bir kitab qədərdir.O, bu sözləri yalnız söyləməklə qalmış,özü şəxsən əxlaqlı yaşayaraq insanlara nümunə olmuş və onlara gözəl əxlaqı öyrətmişdir.Buna görə də onun əxlaqı İslam əxlaqının ən bariz nümunəsidir.Məhz bu səbəblə Əfəndimizin gözəl əxlaqından burada az olsada danışmaq istədim.Çünki O,həqiqətən  ən gözəl nümunədir.

Peyğəmbərimiz gülərüzlü,nazik təbiətli,incə və həssas ruhlu idi.Daş ürəkli,sərt və qırıcıə deyildi.Ağzından sərt və qaba bir söz qətiyyən çıxmazdı.Başqalarını tənqid etməz,heç kimin ayıbını üzünə vurmazdı.Səhv və xoşuna gəlməyən bir hərəkət gördüyü zaman "İçinizdən bəziləri belə-belə hərəkət edirlər",-deyə bunları edənlərin kim olduğunu demədən və heç kimi incitmədən səhvlərini düzəldərdi.Heç kimin sözünü kəsməz,sözü qurtarana qədər gözləyərdi.Mübahisə etməyi sevməz,sözü sona qədər uzatmazdı.Yəni uzun sözün qısası (Son dərəcə iffətli və həyalı idi)

0 şərh