Zina-günahların anası

Ailə cəmiyyətin nüvəsidir.Buna görə də,İslam dini ailə yuvasına çox böyük əhəmiyyət verir.Çünki sağlam bədənli və ruhlu nəsillər ailə içərisində yetişir.

Ailə bir sevgi  vəşəfqət ocağıdır.Ailədə yetişən  uşaqlarına ürəyi məhəbbətlə dolu olur.

Bu qədər əhəmiyyətli olan ailə üçün ən böyük təhlükə zinadır.Zina həm ailənin qurulmasına mane olur,həm də qurulmuş ailələri dağıdır.

Zinanın əxlaqi,ictimai,səhiyyə və hüquqi cəhətlərdən bir çox zərəri vardır.

Zina yolu ilə doğulan uşaqlar böyük problemlərlə qarşılaşır.Heç kimin uşaqları problemlərlə məruz qoymağa haqqı yoxdur.

İslam dini insanların şərəfinə,şəxsiyyətinə,abrına və cımiyyət içindəki hörmətinin saxlanılmasına böyük əhəmiyyət vermişd333-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Tövratda belə yazılmışdır ki, Allah buyurur:  Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!

Kafi /5/554.

***

334-İmam Sadiq əleyhissalam buyurur:  Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünyaya və üçü də axirətə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirlik və ömrün qısalması, axirətə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır.

Kafi /5/541.

***

335-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, ona müvafiq cəza görəcəksən).

Kafi /5/554.

***

336-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır.

Mən layəhzuruhul-fəqih /4/14.

***

337-Həzrəti İmam Sadiq əleyhissalam buyurur:  İnsan hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir.

Kafi /5/54.

***

338-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Məl'undur, məl'undur o kəs ki, heyvanlarla cinsi yaxınlıq edə.

Kafi /2/270.

***

339-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır.

Kənzul-ümmal /5/316.

Oxşar məqalələr

 

0 şərh