Intelektual Sual-4 (P.S Mürəkkəb sualdır)

Müdrik insan imkan,cahil insan səbəb axtarar
Qədim Roma Deyimi


PRATAQOR PARADOKSU
Qədim Yunan Hüquqşunası Prataqor kasıb,lakin çox istedadlı bir tələbəni pulsuz şagirdliyə götürür.Lakin onunla belə bir müqavilə bağlayır.Müqaviləyə əsasən tələbə məhkəmədə qalib gəldiyi ilk işə görə qazanacağı pulu Prataqora verməlidir.Tələbə bu şərti qəbul edir və təhsilə başlayır.Təhsilini bitirdikdən sonra isə tələbə məhkəməyə çıxmaqdan imtina edir.Belə halı görən Prataqor tələbəni məhkəməyə verir.
Məhkəmə çıxışları :
Tələbə : Mən hər iki halda Prataqora borclu qalmıram.Əgər hakim mənim xeyrimə qərar çıxarsa aydın olduğu kimi Prataqora heç bir şey verəsi deyilem.Çünki iş mənim xeyrimə həll olunub.Yox əgər məğlub olsam yenə də ona borclu qalmıram çünki bu mənim məhkəmədəki ilk işimdir və mən məğlub oluram.

Prataqor : Mənim keçmiş tələbəm hər iki halda mənə borcludur.Əgər hakim mənim xeyrimə qərar çıxarsa aydın olduğu kimi o mənə söz verdiyi məbləği verməlidir.Yox əgər mən məğlub olsam o yenə də mənə söz verdiyi məbləği ödəməlidir,çünki bu iş onun məhkəmədə qalib gəldiyi ilk işdir.

DİQQƏT SUAL : Kim Haqlıdır? Prataqor yoxsa Tələbə?
Cavabınızı Əsaslandırın.

^OPER^

8 şərh

Operon
Çətin sualdır.KAYZEN istifadəçiləri üçün isə bir o qədər də çətin olmalı deyil

^OPER^
Agali
Yuxarıdada yazıldığı kimi bu paradoksdur.Burda kimin düz dediyini dəqiqləşdirmək münkün deyil. Çünki ya hər ikisi haqlıdır yada hər ikisi haqsız.  Yəni oyun bərabərə bitir :)
imtogrul
Məncə Prataqor haqlıdı. Tələbə haqsızdı, nə üçün!  Tələbə deyir ki, mən uduzsam ilk işimdə məğlub oluram qalib gəlmirəm ona görə də Prataqora borcum qalmır. Amma müqavilədə deyilir ki, QALİB GƏLDİYİ İLK İŞƏ GÖRƏ  məvacib ödəməlidi. Burdan belə çıxır ki, hər iki halda Prataqor qalibdi. Birincisi, tələbə məğlub olursa deməli, Prataqor haqlıdı, eyni zamanda tələbə məğlubdursa, deməli hələ son deyil ilk qalib gəldiyi vaxt yenə də məvacibi ödəməlidi.  (Bildiyim qədər, internetdə sözləri böyük şriftlə yazmaq qışqırmaq anlamına gəlir, amma mən yuxarıda böyük şriftlə yazdığım sözləri sadəcə bu sözlərə daha çox diqqət yetirilsin deyıə yazdım. Amma yenə də üzr istəyirəm)
istorik_c
Burada çətin bir şey yoxdur. Hər iki halda Prataqor haqlıdır. Mənim rast gəldiyim ən çətin paradokslar Zenon paradokslarıdır.
imtogrul
Prataqorun hər iki halda haqlı olduğunu yazın da zəhmət olmasa, burdakılar da bilsinlər bunun həllini. Beləliklə bir paradoksu paradoksluqdan çıxarmış olarıq, təbii ki sizə zəhmət deyilsə
24199601
Məncə Prataqor haqlıdır. Çünki, tələbə artıq məhkəmədədi, qalib gəlsə müəlliminə pul verməlidir, məğlub olsa yenə də Prataqor haqlıdır.
The_Secret
Əgər hakim mənim xeyrimə qərar çıxarsa aydın olduğu kimi Prataqora heç bir şey verəsi deyilem.Çünki iş mənim xeyrimə həll olunub.
 İş sənin xeyrinə həll olunubsa, bu sənin(tələbənin) ilk udduğun məhkəmədi. Ona görə də məbləği ödəməlisən.  Əgər uduzsan məhkəməni uduzduğuna görə məbləği ödəməlisən.
 Təbii ki Prataqor haqlıdır.
 
azadmamedov90
Mənə bir hərf öyrədənə 40 il qul olaram=həmin hərf B və nöqtəsi də O `dur.