Рейтинг
+30.56

Public relations

22 üzv, 33 topik

Radio və televiziya

Elektron kütləvi informasiya vasitələri hər hansı yeniliyi milyonlarla insana eyni zamanda çatdırmaq gücünə malikdir. Radio və televiziya — olduqca dinamik kütləvi informasiya vasitələridir və bu, onların ən üstün cəhətidir. İctimai əlaqələr üzrə mütəxəssislər həmişə bunu nəzərdə saxlamalı və efirdə yayılmaq üçün hazırladıqları materialların yığcam olmasının qayğısına qalmalıdırlar. Efir vaxtı ciddi şəkildə məhdudlaşdırılır. Buna görə də televiziyada və radioda yeniliklər mümkün qədər sürətlə təqdim olunmalı, təqdimat üçün seçilmiş janrın tələblərinə tam riayət edilməlidir.

Daha bir cəhət  PRmeni efir vaxtına xüsusi ehtiyatla yanaşmağa vadar edir: televiziya tamaşaçılarının  və radio dinləyicilərinin bir düyməni basmaqla kanalı çevirmək və sizin materialınızdan birdəfəlik imtina etmək imkanı vardır. Bu səbəbdən də təqdim etdiyiniz mətn və süjetlər auditoriyanı daim cəlb edə biləcək səviyyədə maraqlı olmalıdır.


Ardı →

Lobbiçilik

Lobbi ingilis dilində lobby — dəhliz, kuluar sözündəndir. «Hakimiyyət strukturlarının qərar qəbul etməsinə təsir göstərmək» mənasında bu sözün dəqiq mənşəyi də məlumdur. ABŞ-ın on səkkizinci prezidenti Uliss Simpson Qrant (1869-1877) gərgin iş günündən sonra adətən öz komandası ilə birgə  Vaşinqtondakı otellərdən birinin vestibülündəki barda dincəlirdi. Onun bu adətini bilən nüfuzlu amerikalılar axşamlar buraya gəlir, elə otelin lobbisində prezidentə yaxınlaşaraq öz xahişlərini ona bildirirdilər. Bu xahişlər adətən qanunlarla və ya onlara düzəlişlərlə bağlı olurdu.


Beləliklə, lobbiçilik — dövlət və qanunvericilik orqanlarının qəbul etdikləri qərarlara təsir etməyə yönəlmiş fəaliyyətdir. Onun əsas məqsədi qəbul edilən normativ aktlarda müəyyən qrupların maraqlarını əks etdirməkdir. Buraya vergi güzəştləri, sosial güzəştlər, dövlət dotasiyaları, beynəlxalq investisiyalar və digər imtiyazlar daxildir.


Ardı →

Dizayn və imic

Dizayn — ünsiyyətin bir hissəsidir. Məlumdur ki, insanın hamıdan çox danışması heç də həmişə onun hamıdan yaxşı  bilməsi demək deyildir.


Şirkətin ictimaiyyətlə təmasları təkcə sözün köməyi ilə deyil,  həm də mallar, xidmətlər və təşkilatın zahiri siması vasitəsilə həyata  keçirilir. Dizayn siyasəti kommunikasiya siyasətinin bir  hissəsi kimi nəzərdən keçirilməlidir, çünki dizayn — ünsiyyətdir. Dizaynın əsasında kommunikasiya siyasəti durduqda, problemləri daha asan aradan qaldırmaq olur.


Dizayn üzrə xidmətlər reklam agentlikləri və ictimaiyyətlə əlaqə üzrə qurumlarla əməkdaşlıq edən sərbəst rəssamlardan  tutmuş, ixtisaslaşmış nəşriyyat evlərinə qədər çoxsaylı təşkilatlar tərəfindən  təklif edilə bilər.


Ardı →

Steve Jobs kimi ideal natiq olmaq

Mən idarəçilərdən sevdikləri bir nitq deməklərini xahiş edəndə, onlar tez-tez Steve Jobsun Stanford məzunlarına çıxışını xatırlayırlar. Bu inanılmaz dərəcədə ruhlandırıcı nitq, Jobs’un paylaşdığı hekayələr sayəsində çoxları tərəfindən sevilib.

Niyə rəhbərlər bu cür çixışları dinləməyi sevirlər, amma çox az adam özü bunu etməyə qadirdir? Böyük hekayələr bizə öz əksikliklərimizdən və onlarla mübarizə aparmağımızdan danışmağa məcbur edir. Ona görə də belə bir hekayələr rulahndırır, və bunu tamaşaçıyla bölüşməmək – auditoriyada ünsiyyət qurma fürsətini qaçırmaqdır.
Davamı →

Yuri Levitan - Kremlin dəmir səsi

Юрий ЛевитанYuri Levitan 2 oktyabr 1914-cü ildə Rusiyanın Vladimirsk şəhərində anadan olub. Atası liman işçisi, anası isə evdar xanım olmuşdu. Öz dayısından o, teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. 

Uşaqlıq illərində Levitanın heç ağlına belə gəlməyib ki, nə vaxtsa təkcə SSRİ-də deyil, bütün dünyada ən tanınmış səs sahiblərindən biri, məşhur diktor olacaq. Çünki o, orta təhsil aldığı vaxtlar aktyor olmaq istəyib.

Yəhudi ailəsində dünyaya göz açan Levitanın atası dərzi, anası evdar qadın olub. 17 yaşına çatdıqdan sonra o valideynlərindən ayrılaraq, Rusiyanın Vladimir şəhərindən Moskvaya gəlib. Aktyor olmaq arzusunu həyata keçirmək üçün sənədlərini Kino texnikumuna verib.
Davamı →

Qeyri-verbal ünsiyyət vasitələri

Ünsiyyət insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır.

Qeyri -verbal ünsiyyət vasitələrinin müxtəlif tipləri var. Bizim indi söz açacağımız tipləri ünsiyyət mübadiləsində xüsusi rol oynayırlar: Mimika (yunanca mimos, təqlid, simanın dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.

Müəyyən edilmişdir ki, mimikanın yeddi əsas sifət konfiqurasiyası var: onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləri dodaqla qaş sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi deyilir. Mimika insan sifətinin təkrarolunmaz fərdiyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın-emosiya və hisslərini ifadə etməklə şərtlənir. Son zamanlar vizual ünsiyyət- “gözlərin teması” problemi diqqəti daha çox cəlb edir. Gözlərin, görünür, özünəməxsus “əlifbası” var. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
Davamı →

Mətbuat xidmətləri. Nə və necə etməli?

Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.
Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir.
Davamı →

PR mütəxəssisi kimdir

PR üzrə mütəxəssis ictimaiyyətlə əlaqələri necə qurmaq barədə məsləhət verən ekspertdir. O, öz müştərisinin (rəhbərinin) və ya hər hansı layihənin ictimaiyyət üçün maraq kəsb edən cəhətlərini müəyyənləşdirməyə çalışır. PR-men öz müştərisinin davranışı ilə onun ictimaiyyətin ümid və arzuları arasında uyğunluq və ziddiyyətləri aşkara çıxararaq müvafiq tədbirlər planı hazırlayır. O, müştərisinə məsləhət görür ki, ictimaiyyətin tələb və arzularına güzəştə getmək üçün davranış modelini dəyişsin. Əgər müştəri onun məsləhətlərinə əməl edib davranış modelini dəyişməyə razı olursa, PR-men hazırladığı plan əsasında müxtəlif üsullarla ictimaiyyətdə müştərisinin müsbət imicini yaradır. Plüralist cəmiyyətlər rəqabət cəmiyyəti olduğundan PR mütəxəssisi ictimaiyyəti inandırmağa çalışır ki, məhz onun müştərisi və ya onun layihəsi cəmiyyətin maraqlarına daha dolğun cavab verir. PR mütəxəssisi şəxsiyyət, təşkilat və ya ideya ilə ictimaiyyət arasında harmonik münasibətləri qurur, onları idarə edir və nəzarətdə saxlayır.
Davamı →

Uğurlu ictimai danışıq

Bu danışıq aktı aktiv fəaliyyət göstərən insanlar üçün yazılmışdır. Uğurlu ictimaiyyət danışığı xüsusi təcrübə, sizə kömək etmək üçün asan strategiyaları: əsəbiliyin qarşısının alınması, təqdimat təsirini artırmaq üçün iş potensialınızdan maximum dərəcədə istifadə edilməsini və s. tələb edir. İctimai danışıqdakı səhvlərin qarşısını almaq üçün bir sıra məsləhətlər irəli sürülmüşdür. Hətta ən güclü natiqlər də bu məsləhətlərə riayyət etməyə çalışırlar.


Ardı →

Televiziya aparıcısı

XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.
Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.
Davamı →