Fatihə surəsinin şərhi - Əbdül-Əziz Məhəmməd, Ibrahimi Əl-Bəkuviyyu (I hissə)

  • Quran
Müəllifin ön sözü.
Rəhman və Rəhim olan Allahın adı ilə! Həqiqətən həmd Allahadır! Biz Ona həmd edirik, Ondan kömək və bağışlanmağımızı diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdənAllaha sığınırıq! Allah kimə hidayət verərsə, onu heç kim azdıra bilməz. Kimi də azdırsa, ona heç kim hidayət verə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa haqq ilah yoxdur. O,
Təkdir və Onun heç bir şəriki yoxdur. (Eyni zamanda) Şəhadət edirəm ki, Məhəmməd Allahın qulu və Elçisidir. Allahım Məhəmmədə, Onun əhli-beytinə, əshabələrinə və Qiyamət gününə
qədər, onun göstərdiyi doğru yola sadiq qalanlara xeyir-dua və çoxlu salam et! 
Möhtərəm müsəlmanlar! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram və Uca Allahdan bizləri doğru yola müvəffəq etməyini diləyirəm. (Amin.) Beləliklə hörmətli oxucular
Azərbaycan dilində Fatihə surəsinin şərhi haqqında tam əhatəli bir əsərə rast gəlmədiyim üçün bu mövzu haqqında bir kitab yazmağı özümə vacib bildim. Çünki mənim bu kitabı təqdim
etməyimin əsası budur ki, namaz qılanların çoxu Fatihə surəsinin mənasını bilmirlər, və zəruri hal olduğu üçün qeyd edirəm. Buna görə də, bu məsələ ilə bağlı müxtəlif şərhlər qeyd etmişəm.
Mən hesab edirəm ki, bu kitab möminlər tərəfindən yaxşı qarşılanacaqdır. Uca Allahdan müsəlmanlar üçün bu kitabı oxuyub faydalanmağını diləyirəm. O, Eşidən və cavab verəndir.
Bununla belə, şərhlərin ən üstün dərəcəsi və mükəmməl olanı, bir şeyi açıqlamaq istəyən adamın düşüncələrini ən gözəl şəkildə ortaya qoyan sözü söyləyənin, məqsədini ən gözəl şəkildə bəyan
edən və sözü dinləyənin anlamasına ən yaxın olanı Allahın kəlamıdır. Həmd və təriflər tək olan Allahadır.
1. Rəhman və Rəhim olan Allahın adı ilə!
2. Həmd və təriflər aləmlərin rəbbi, Allaha məxsusdur.
3. O. Rəhman və Rəhmdir,
4. (Ey) Haqq-hesab gününün hökmdarı!
5. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.
6. Bizi doğru yola hidayət et!
7. Nemət verdiyin xoşbəxt şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!

Fatihə surəsinin nazil olma səbəbləri.

Fatihə surəsi yeddi ayədir və Məkkədə nazil olmuşdur. Fatihə Surəsinin harada və nə vaxt nazil olduğu mövzusu ixtilaflıdır və bu mövzuda dəyişik rəvayətlər vardır. Əli (r.a) belə demişdir:
“Fatihatu'l-Kitab Məkkədə Ərşim altında bir xəzinədən nazil olmuşdur.” Bu rəvayətə baxaraq təfsirçilər, Mücahidin "Fatihə Surəsi Mədinədə nazil olmuşdur." sözünü səhv olaraq başa düşmüşlər. Übeyy ibn Ka'b'dən (r.a) gələn səhih bir rəvayətdə: “Fatihə, Qurandan ilk nazil olanlar arasındadır.” Bu rəvayətdə isə Fatihə Surəsinin ilk nazil olan surə olduğu irəli sürülməkdədir. Eləcə də, Fatihə surəsi Məkkədəmi enmişdirmi? Yoxsa Mədinədəmi enmişdirmi? Bu haqda Quran təfsirçiləri fərqli rəylər qeyd etmişdilər. Beləliklə Əli ibn Əbu Talib, İbn Abbas, Katabə, Əbul-Əliy ər-Riyahi Rufey və başqaları: “Məkkədə nazil olmuşdur” deyiblər. Lakin Əbu Hurəyrə, Mücahid, Ata b. Yesəyər, əz-Zühri və başqaları: “Mədinədə nazil olmuşdur” deyiblər. Digər rəyə görə isə: “Yarısı Məkkədə, yarısı da, Mədinədə nazil olmuşdur” deyilmişdir. Bu fikri Əbu'1-Leys Nəsr b. Məhəmməd b. İbrahim əs-Səmərqəndi öz təfsirində qeyd etmişdir. Beləliklə birinci rəy daha doğru və səhihdir. Çünki Hicr surəsi Məkkədə nazil olmuş və icma ilə qəbul edilmiş və bununla belə, bu barədə heç ixtilaf olmamışdır. Eyni  zamanda da Hicr surəsinin 87-ci ayəsində Uca Allah belə buyurmuşdur: "(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Quranı verdik." (əl-Hicr, 15/87) 
Fatihə surəsinin bir çox adları vardır.

Beləliklə Fatihə surəsinin bir neçə adlarını qısa olaraq qeyd edək:

1-ci “Əl-Fətiha”: "Açılacaq bir şeyin və yaxud ilk açılan, oxunub yazılacaq, bir şeyin əvvəli" deməkdir. Quran-Kərimin tərtibində ilk surə Fatihə olduğu üçün bu surəyə bu ad verilmişdir.

2-ci “Əlhamdulillah” Həmd surə: Surənin birinci sözü "Əlhamd" olduğu üçün və ya surə, Allaha Həmd etdiyi üçün ona bu ad da, verilmişdir.

3-cü “Ummul Kitab”: yəni "Kitabın anası" deməkdir, Fatihə surəsinə bu adın verilməsi, Quranın təməl prinsiplərini əhatə etməkdədir. Belə ki, surədə Uca Allah, layiq olduğu sifətlərlə xatırlanmaqda, qulların, tək ona qulluq etmələri və yalnız ondan kömək diləmələrinin lazım olduğunu, və eyni zamanda, keçmişdəki azmış ümmətlərin vəziyyətinə qayıtmasınlar deyə, zikir edilmişdir. Beləcə də, bu surədə ümumi prinsiplər zikr edilməkdədir və bunun üçündə bu surəyə "Ummul Kitab" adı verilmişdir.

4-cü “Ummul Quran”: Quranın anası" deməkdir. Çünki bu haqda Allahın Elçisi, (Allahın xeyirduası və salamı onun üzərinə olsun) buyurdu: “Əlhəmdulilləh, Ummul Qurandır...”

5-ci “Əl-Əsas”: Fatihə surəsi Quranın təməl prinsiplərini əhatə etdiyi üçün ona "Əl Əsas" da, deyilmişdir,

6-cı “Əs-saləh” “Namaz surəsi” deməkdir. Fatihə surəsinə bu ad da, verilmişdir. Çünki Fatihəsiz namaz qəbul olunmaz. Ona görə ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : “Fatihəni oxumayan adamın namazı yoxdur” buyurmuşdur. Bununla belə, hər bir vacib namazda ən azından hər bir rükətində bir dəfə Fatihə surəsini oxuması vacibdir. 7-ci “Əş-Şəfa”: Fatihə surəsi mənəvi xəstəliklərə şəfa mahiyyətində olduğu üçün ona bu ad da ona verilmişdir.

Fatihə surəsini nazil edən Mələk.

Bəzi elm adamları, Hz. Cəbrayılın Fatihə surəsini nazil etmədiyini iddia etmişdilər. Buna səbəb isə Müslim tərəfindən İbn Abbasdan (r.a) gələn rəvayətdir: Belə ki: “Hz. Cəbrayıl Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) yanında olduğu zaman üst tərəfdən bir səs eşitdi. Başını qaldırdı və belə dedi: Bu, bu ana qədər açılmamış və bu gün açılan səmadakı bir qapıdır. O qapıdan bir mələk endi, bunun haqqında da, belə dedi: Bu, bu günə qədər nazil olmamış və ilk olaraq bu gün yer üzünə nazil olan bir mələkdir. Bu mələk salam verib belə dedi:
Səndən əvvəl heç bir peyğəmbərə verilməmiş və sənə verilən iki nurun müjdəsini sənə gətirirəm. Bunlar, Fətihatu'1-Kitəb (Fatihə surəsi) ilə Bəqərə surəsinin son ayələridir. Bu surələrdən oxuduğun zaman hər bir hərfin mütləq qarşılığı savabı sənə veriləcəkdi.” (Müslim, Salətu'lmüsafirin 248). İbn Atiyyə (rahiməhullahi təalə) deyir ki: “Ancaq bu vəziyyət sözü keçən elm adamının zənn etdiyi kimi deyil. Bu hədis Hz. Cəbrayılın Peyğəmbərə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) sözü keçən mələkdən daha əvvəl gəlmiş olduğunu, o mələyin gəlişini və onunla birlikdə nazil olacaq olanı xəbər vermək üzrə gəldiyini göstərməkdədir. Buna görə Hz. Cəbrayıl, bu surənin nazil olma səbəbində ortaq hərəkət etmiş olar. Doğrusunu ən yaxşı bilən Allahdır.” İmam Qurtubi bu mələ ilə bağlı deyir: “Bizlər bu ayənin nazil olmağını Məkkədə olduğunu əvvəldən açıqlamışdıq. Hz. Cəbrayıl, Uca Allahın buyruğu səbəbi ilə bu surəni endirmişdir: "Onu əmin olan ruh (Hz. Cəbrayıl) endirmişdir." (Şuəra, 193), Bununla belə bütün Quran-Kərimin Hz. Cəbrayıl tərəfindən endirilmiş olmasını dəlildir. Beləliklə Hz. Cəbrayıl bu surənin oxunuşunu Məkkədə endirmiş olub. Mədinədə də, bunun savabını ifadə etmək üzrə sözü keçən mələk tərəfindən endirilmiş olar. Ən yaxşısını bilən Allahdır.” (İmam Qurtubi, əl-Camiu li-Əhkəmi’l-Qur’an, 1/339-340).

 


 

1 şərh

seyidova
Bilmediyim melumatlar çox idi teşekkürler