Fatihə surəsinin şərhi - Əbdül-Əziz Məhəmməd, Ibrahimi Əl-Bəkuviyyu (II hissə)

  • Quran

əvvəli burda

“Bismi” cümləsi ayədən sayılır yoxsa yox?

Bunu qeyd edək ki, bəzi əshabə, təbiin, və Küfə xalqının əksəriyyətinə görə, Fatihə surəsi yeddi ayədir. Eyni ilə Mədinə xalqının əksəriyyəti və digər alimlərə gəlincə isə, fatihə surəsinin xaricində yeddi ayə olduğunu iddia etmişlər, amma “Ən amtə aleyhim”-dən sonra isə, yeddinci ayə olduğunu söyləmişlər. Çünki Ümmu Sələmə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın xeyir duası və salamı onun üzərinə olsun) əl-Fatihə surəsini oxudu və «Bismilləhir-Rahmənir- Rahimil-Həmdu lilləhı Rabbil-Alə-mini bir ayədir» qeyd etdi.”
Bunu da qeyd edək ki, “Bismilləhir-rahmənir-rahim” cümləsini başlı başına bir ayə olduğunu İslam aləmində ixtilaf edilmişdir. Lakin surələrin əvvəlində olan “Bismi” cümləsi Quran-Kərimdən bir ayə olduğu barəsində bütün İslam alimləri ittifaq etmişlər. Çünki “Bismi” cümləsi Nəml surəsinin otuzuncu ayəsində açıqca zikr edilmişdir. “Məktub Süleymandan gəlir və orada "Bismilləhir-rahmanır-rahim” (Allahın adı ilə. Yəni bismilləhla başlanaq)" deyə yazılır. (Nəml, 30) Beləliklə İmam Şafi görə “Bismi” cümləsi hər surədən bir ayədir və bunların hamısı Quranda yüz on üç ayədir. Buna görə fatihənin yeddi ayəsindən birincisi “Bismi” cümləsidir. Bundan ötəri Şafi məzhəbində olanlar namazda “Bismi” cümləsini bərkdən oxuyarlar. Çünki Şafi məzhəbində olanlar deyirlər ki; “Sələf (ilk dövrdə hədis alimləri) “Bismi” cümləsi Müqəddəs kitablarda zikir olunmuşdur” İmam Malikə görə “Bismi” cümləsi, yalnız Nəml surəsində keçən bir ayədir. Bunun xaricində fatihənin və digər surələrin başında təbərrük və surələri bir-birindən ayırmaq üçün yazılmışdır və buna görə O, surələrdən bir ayə deyil. Bu səbəblə “Bismi” cümləsi namazda bərk ilə gizli olaraq da, oxunmaz.
Hənəfi məzhəbinə gəlincə isə, Onlara görə “Bismi” cümləsi, müstəqil bir ayədir. Surələrin əvvəlində olan “Bismi” cümləsi, surələrdən bir ayə deyil, və təbərrük ilə surələri bir-birindən ayırmaq üçün qoyulmuşdur. “Bismi” cümləsinin fatihə kimi hər rükətdə oxunması vacib deyil. Fəqət gərək namaz xaricində, hər mühüm işin başında oxunması sünnətdir. Onun üçün namazın hər rükətində, qiraətin başında “Bismi” cümləsi oxunar. Lakin ortasında oxunmaz. Ancaq namazda oxunuşun əvvəlində “Bismi” cümləsini bərkdən deyil, gizli olaraq oxunar.” Lakin doğru rəyə gəlincə isə, “Bismilləhir-rahmənir-rahim” cümləsi Fatihə surəsinin ayəsindən hesab olunur. Ona görə ki, Əbu-Hureyrə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) Fatihətul-Kitab (Quranın başlanğıc surəsi) yeddi ayədir. O, ayələrin ilki Bismilləhir-Rahmənir-Rahimdir” Eyni zamanda, Əli (r.a) belə izah edir ki: “Bismilləh fatihədən bir ayədir, çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) “Bismilləh” cümləsini oxuyurdu və onu fatihədən hesab edirdi” Eyni zamanda Səhih Müslimdə Ənəs, (r.a) Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Az əvvəl mənə bir surə endirildi." dediyini və Bismilləhir-Rahmənir-Rahim oxuyaraq başladığını rəvayət edir. (Səhih Müslim, c. 4, s. 112)
Həmçinin Quran yazarkən "Tövbə" surəsindən başqa bütün surələrin başlığı altında "Bismilləhir-rahmənir-rahim" yazmaq vacibdir. Ey zamanda heyvan kəsərkən və ya ova silahla atəş edərkən yalnız "Bismilləh" demək də, vacibdir.

Bismilləh kəlməsinin fəziləti haqqında.

Bununla belə, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) Bismilləh kəlməsinin fəziləti haqqında belə buyurmuşdur:
"Hər hansı bir sözə və ya əhəmiyyətli bir işədə Allahın adı xatırlanmadan başlanırsa o iş,  nəticəsiz olar" (Əhməd b. Hənbəl, Müsnəd, c. 2, s. 359).
Tabəri, Bismilləh kəlməsinin izahında deyir: "Zikri Uca və adları müqəddəs olan Allah təala. Peyğəmbəri Məhəmmədə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bütün işlərinin başında Allahın ən gözəl adlarını zikr edərək başlamağı öyrədir. Bütün əhəmiyyətli işlərini ifa etmədən əvvəl Allahın gözəl adlarını xatırlamasını bildirir və onu bu şəkildə qeyd edir. Beləcə də, Peyğəmbərinə və bütün varlıqlarına bir yol göstər, onların da danışmalarının, məktublarının və bütün işlərinin başında bu yolu əməl etmələrini qeyd edir" Deyirəm: "Bismilləh" deyən adamın nəyisə oxumağa başlarsa, "Allahın sənin adını xatırlayaraq oxumağa başlayıram." demək istədiyi aydın olar. Əgər qalxarkən və ya oturarkən yaxud başqa bir iş edərkən "Bismilləh" deyəcək olursa "Allahın adını xatırlayaraq ayağa qalxıram." Və ya "Allahın adını xatırlayaraq bu işi edirəm." demək istədiyi aydın olar. "Bismilləh" cümləsində olan “Allah” kəlməsi Uca Allahın bütün yaradıqlarının Rəbbi və özünə qulluq edilən şəklində izah olunur. Ayrıca olaraq Uca Allah hər hansı bir varlığa "Allah" deyilməsini qadağan etmişdir. Eyni ilə Uca Allah "Allah" sözündən sonra isə "Rahmən" sözünün varlıqlarının, özlərinə də bu adı vermələrini də qadağan etmişdir.
"Rahmən və Rəhim olan Allanın adı ilə" ifadəsində əvvəl "Allah" sözünün zikr edilib daha sonra da sıra ilə, "Rəhman" və "Rəhim" sözlərinin zikr edilmələrinin səbəbi budur ki, Ərəblər, bir şeydən xəbər vermək istədiklərində, əvvəl onun adını qeyd edərlər ki, dinləyən adam, kimdən söhbət gedir bilsin. Daha sonra da ona bildirilən şeyin sifətlərini qeyd edirlər və o sifətlən də, qeyd edilən şeyə xas olma dərəcəsinə görə sıralayırlar.
Rahmən, Rahim kəlmələri eyni kökdəndir, lakin bir-birlərindən fərqli bir mənalar verir. Məsələn: "Rahmən"ın mənasını budur ki, bütün varlıqlara rəhmət edən. Amma "Rahim"in mənasının isə, yalnız möminlərə mərhəmət edən mənasını deməkdir. Çünki Əbu Səid əl-Xudri, (r.a) Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: "Məryəm oğlu İsa belə demişdir: "Rəhman" axirətdə və dünyada mərhəmət edəndir. "Rahim" isə yalnız axirətdə mərhəmət edəndir." Təbəri bu barədə deyir ki: "Rahmən" sözü, Allahın mərhəmətinin ümumi aid olduğunu, Amma "Rahim" sözü isə, Allahın rəhmətinin xüsusi bir məna da olduğunu ifadə edir"Mən deyirəm ki: Yuxarıdakı şərhlərdə Rahmən sifətinin həm möminə və həm də kafirə aid olunur, Yəni Rahmən möminlərə həm də kafirlərə yazığı gələn deməkdir. Rəhimin sifəti isə sırf möminlərə şamil olunur. Yəni Rahim qiyamət günü ancaq möminləri bağışlayacaqdır deməkdir. 
Qeyd edək ki, Ərəblər İslamdan əvvəl "Rahmən" sözünün nə demək olduğunu bilmirdilər, çünki dəlil olaraq müşriklərin, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun):  "... “Rahmən nədir? ...deyə cavab... " (Furqan, 60). vermişdilər. Bununla belə, Allaha şərik qoşan müşriklər "Rahmən" sözünü əslində eşitmədiklərini iddia etmişlər.

 

0 şərh