Quran möcüzələri

  • Quran
Quranda insanları ölümdən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaq uclarına diqqət çəkilir:"Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!"(Qiyamət Surəsi, ayə: 4)
Ayədə barmaq uclarının vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izləri tamamilə bənzərsiz və təkrarsız, tamamilə özünəməxsusdur. Yer üzündə yaşayan hər bir insanın barmaq izi bir-birindən fərqlidir. Bundan başqa tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Elə bu səbəblə barmaq izi, hər kəsə məxsus çox əhəmiyyətli bir "şəxsiyyət vəsiqəsi" sayılır və bütün dünyada bu məqsədlə istifadə edilir. Ancaq əhəmiyyətli olan, barmaq izinin bu xüsusiyyətinin ancaq XIX əsrin sonlarına yaxın kəşf edilmiş olmasıdır. Ondan əvvəl insanlar barmaq izini heç bir xüsusiyyəti və mənası olmayan xəttlər olaraq görmüşdür. Lakin Quranda, o dövrdə heç kimin diqqətini cəlb etməyən barmaq izləri vurğulanır və bu izlərin ancaq dövrümüzdə kəşf edilən əhəmiyyətinə diqqət çəkilir.
Həmçinin bax: Quranda riyazi möcüzələr
 

0 şərh