QUR'AN-la söhbət...

  • Quran
Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. ("Bəqərə" 2)
Sən kitabsan?
Quran: "Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir."
(Ali-İmran" 138)
Kim tərəfindən nazil olunub?
Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur."
("Nəml"6)
Nə üçün nazil oldun?
Quran: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir."
("Yunis" 57)
Kimə nazil oldun?
Quran: "Muhəmmədə haqq olaraq nazil oldu" 
("Muhəmməd" 2)
Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
Quran: "Peyğəmbər sizə nə verirsə, onu götürün,
nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. 
Həqiqətən, Allah şiddətli cəza verəndir."
("Həşr" 7)
Quran kitabıMənim üçün ən gözəl nümunə kimdir?
Quran: "Həqiqətən, Allahın Rəsulu Allaha,
qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar)
və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"
("Əhzab" 21)
Mənə Allahın əzəmətindən danış.
Quran: "Əvvəl də, axır da, zahir də, batin də Odur.
O, hər şeyi biləndir!" 
("Hədid" 3)
O haradadır?
Quran: "Siz harada olsanız belə, o sizinlədir"
("Hədid" 4)
Onu özümüz üçün necə sübuta yetirək?
Quran: "Sən Allahın rəhmətinə əsər əlamətinə bax ki, 
torpağı öldükdən sonra necə dirilir"
("Rum" 50)
Onunla necə danışaq?
Quran: "Mənə ibadət et və məni anmaq üçün namaz qıl" 
("Ta-ha" 14)
Yaradılışdan məqsəd nədir?
Quran: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" 
("Zariyat" 56)
İbadətdən məqsəd nədir?
Quran: "Sənə yəqin (ölüm) gələnədək Rəbbinə itaət et!" 
("Hicr" 99)
Şeytan kimdir?
Quran: "Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. "
("Fatir"6)
Şeytanın vəsvəsələrinin müqabilində nə etməliyəm?
Quran: "Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın" ("Fussilat" 36)
Mənim daxili düşmənim kimdir?
Quran: "Nəfs (insana) pis şeylər görməyi əmr edər"
("Yusuf" 53)
Nəfsimlə necə rəftar etməliyəm?
Quran: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!"
("Şəms" 9)
Hara üz tutduğumu bilmək istəyirəm.
Quran: "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru
çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan"
("İnşiqaq" 6)
Bunun üçün yol azuqəsinə ehtiyac varmı?
Quran: "Ən yaxşı tədarük (azuqə) isə 
təqvadır (pis əməllərdən çəkinməkdir)."
("Bəqərə" 197)
Təqvanın nə faydası var?

Quran: "Kim Allahdan qorxsa, Allah ona
(hər çətinlikdən) bir çıxış yolu əta edər və ona
təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər."
("Təlaq" 2-3)

7 şərh

məryam
Əziyyət üçün təşəkkürlər.
Ferid_Zeynalli
Siz de sagolun. Borcumuzdu
Shabnam_Ilham
Maraqlı idi. Suallara surələrlə cavab verilməsi isə həqiqətən də əladı. Təşəkkürlər :)
Ferid_Zeynalli
Dəyməz, borcumuzdu
HeRa_Queen
Allah razı olsun həqiqətən çox xoşuma gəldi :) təşəkkür
Ferid_Zeynalli
Əcmain İnşaAllah. Borcumuzdu