Рейтинг
+10.80

ŞƏHİDLƏR

4 üzv, 3 topik

20 Yanvar Şəhidləri

Hər bir toplumun özünü xalq, millət kimi sübut etməsi üçün ərazisi, iqtisadiyyatı, dili, dini, adət-ənənəsi ilə bərabər, bu müqəddəs dəyərləri qoruyacaq və uğrunda canlarını fəda edə biləcək igid övladlarının olması başlıca şərtlərdəndir.
Bəşər övladı yarandığı gündən daim azadlığa, istiqlaliyyətə, hürriyyətə can atmış, bu yolda canından belə keçmişdir. Lakin dünyada elə millətlər olmuşdur ki, onlar istiqlaliyyət yollarını çox çətinliklə qət etmişlər. Belə millətlərdən biri də tarix boyu müstəqillik üçün mücadilə edən və bu yolda heç vaxt geri çəkilməyən Azərbaycan xalqıdır.
Davamı →

Mübariz İbrahimovun Son məktubu

«Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin»

  P.S Gizir Şəhid Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Bilasuvar r-nun Əliabad Kəndində anadan Olub,18 iyun 2010-ci ildə Şəhid olub.
Davamı →

Şəhid ucalığı

      Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

 
Ardı →