Pascalın kayzen istifadəçilərinin - fərdi olaraq- "necə istifadəçi olması" haqqında nəşrini

Niyə məhz Pascal? Çünki hamımız onun səmimiliyinə inanırıq. Və zəhmət olmasa bu nəşrin baş tutmasına görə Pascaldan mən xahiş edirəm. Mübahisə yaratmamaq üçün şərhdə kim "onun haqqında yazılanlardan inciməyəcəyinə və mübahisə etməyəcəyinə" söz verərsə onun haqqında fikir yazılsın. Biri mən. Söz verirəm ki, heç bir sözdən inciməyəcəyəm, tam səmimiliyin tərəfdarıyam.
loading...

10 şərh

MURAD_SEYFULLAYEV
Pascalın səmimiliyinə və dostluğuna mən də inanıb, hörmət edirəm. Amma düşünmürəm ki, o buna razı olsun. Məncə daha çox şəxsidə yazmaqı üstün tutar. Adi bir istifadəçi olaraq mən daim Pascalın fəalliyyətim haqqında məsləhətlərini sevə-sevə «dinləmişəm» və tez-tez lazım olanda yenə müraciət edəcəm. Yenə də özü bilər. Amma mənim fikrimcə bu sorğu və məqsədi lazımsızdır. :)
Gülnar
Pascalın səmimiliyinə inanıram, özünə də böyük hörmətim var, bu öz yerində. Amma mən saytın bir istifadəçisinin digərlərinin fərdi keyfiyyətləri haqqında fikrini söyləməsini, ümumiyyətlə bunun müzakirə obyektinə çevrilməsini qeyri-etik hesab edirəm. Əlbəttə hər kəs hər kəs haqqında müəyyən fikir sahibi ola bilər amma onun topik şəklində işıqlandırılması düzgün deyil. Qeyd edim ki, mən pascalın istifadəçilərin ən üstün keyfiyyətlərini üzə çıxarıb deyəcəyini və onların qəlbinə dəyməyəcəyini bilə-bilə bu fikri yazıram. 
P.S. İstifadəçilər başqa bir istifadəçinin saytın normal fəaliyyətinə mane olan hansısa hərəkətini qınaya və ya onunla razılaşa, ona rəğbətini bildirə bilər. Yuxarıda dediklərim bununla bağlı deyil.
Ferbara
Ramil Pascalı deyəsən sinifkom seçib. :)
azadmamedov90
Zənnimcə Kiminsə belə bir mövzuya toxunması yaxşı olardı, çünki ən azından mənim kimilər nəsə götürə bilərdi, ama o kayzen yarışması kimi hamı yazsa bu haqda  öz fikrini məncə daha yaxşı olardı.(məndən başqa)
pascal
Əvvəla, Ramil qardaşıma mənə qarşı olan xoş fikirlərinə görə təşəkkür edirəm. Ramil, verdiyiniz dəyər, hörmət qarşılıqlıdır, çox sağ olun. :)
Sonra, kayzendə bir istifadəçi haqqında fikir söyləmək mənim həddim deyil. Tək bircə dəfə belə hal olub ki, Ferbaranın doğum günüylə bağlı məqalə yerləşdirərək, ürəyimdən gələn sözləri məqalə şəklində yazmışam. O topiki yazmağım üçün də istifadəçilərin əksəriyyətinin Ferbaranın şəxsiyyətinə hörmətindən cəsarətləndim. Eyni zamanda, özüm də şəxsən onu yaxından tanıdığımdan oldu. Ad günüylə bağlı bir yazı olduğu üçün hər kəs, eləcə də Ferbara özü onu kiçik, xoş sürpriz kimi qəbul etdi. Elə bilirəm uzun müddət burda nümunəvi fəaliyyət göstərən bir istifadəçi haqqında yazılan topik digər istifadəçilərdə qıcıklık, xoş olmayan təsir buraxmadı.
O ki qaldı, mənim digər istifadəçilər haqqında nəsə yazmam… bu həm etikadan kənar, həm də həddim olmayan bir iş olar. Şəxsən mən buna razı deyiləm.
Shabnam_Ilham
Məncə belə bir şeyə ehtiyac yoxdu. Hər kəsin burda müəyyən istifadəçilər haqqında müəyyən fikir və düşüncələri var. Yaxşı yaxud pis. Burda yazmaqdansa özünə deməyi daha üstün tuturam :) 
kurdamir
Maraqlı «Layihə»dir
Şəxsiyə yazsa yaxşı olar.Kiminsə səhv hərəkətini el arasına çıxarıb müzakirə etmək düzgün deyil (bura nə ANS,nə ATV-dir).mƏN Bilən belə işlərə admin baxsa yaxşı olar...Son qərarı Pascal dedi.
P.S...Əgər məqalə nəşr olunsa  mənim haqda Yazı yazılmasını istəmirəm.Şəxsiyə yazsılsın
_BUMERANQ_
Topikə bildirmək istədiyim fikir qalmadı, artıq deyilib. Yəni düzgün hesab etmirəm, kiminsə müzakirəyə çıxarılmasının. 
Bircə maraqlı olan bu təklifi irəli sürən müəllifin məqsədi nədi? Bəlkə, nəsə əsaslı səbəb deyəcək ki, bu hamımıza maraqlı, məntiqli gələcək? 
Ramil
Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirəm. 
Deməli qərara alındı: Ferbara dermiş PASCAL  sinifkom seçilmədi :)))))))))))))))
Ramil
Başa düşmədiyim bir şey qaldı, istifadəçilər bununla razılaşmasa da sorğu 50/50 nisbətindədir?!