Bəhmən Vətənoğlu

Abbasov Bəhmən Kalış oqlu (Bəhmən Vətənoğlu) 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində(qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri «Dəyişməmişəm» 1958-ci ildə Kəlbəcər rayon qəzetində («Yeni həyat uğrunda») dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir.1998-ci ildən AYB-nin üzvüdür. «Haqqa qardaş yaranmışam» (1985), «Allahsız dünya» (1992) «Vətən bizi bağışlamaz» (1995), «Qaldı ürəyimdə dağı dağların» (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq dünyasını dəyişmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

 

wikipediya

1 şərh

Ferbara
Əsərləri[redaktə]
  • «Haqqa qardaş yaranmışam» (1985),
  • «Allahsız dünya» (1992)
  • «Vətən bizi bağışlamaz» (1995),
  • «Qaldı ürəyimdə dağı dağların» (1997)
  • «Nə yaman aldatdın Bəhməni, dünya»
  • Bir ömürün bir ili
  • İnsanam insana yazığım gəlir
  • Allahsız dünyaya gül vətənoğlu
  • Ömrün yetmişindən yüzünə doğru
  • Bəlkə bir də bitdim ək məni dünya