Şəhid Səma Kərimova

Şəhid Səma KərimovaSəma Kərimova — 1993-cü ildə şəhid olub.

Həyatı

Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdi. 1974-cu ilde orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşi və əla qiymətlərlə bitirmişdir. Elə məktəbi bitirdiyi il atası Aydın kişi Səmanı Bakıya V.İ.Lenin adına Dövlət Pedaqoji İnstituta ( indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aparir.Amma həmin il Səma ali məktəbə daxil ola bilmir. Yenidən Sema sənədlərini həmin təhsil ocağına verir ve 1986-ci ilde Səma V.İ.Lenin adına Dövlət Pedaqoji Institutunun Filologiya fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdı.

May ayının 17-18 Laçın işğal olunan zaman Səma və ailəsidə öz doğma yurd-yuvasın tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. Amma, avqust ayında belə bir xəbər eşitdilərki Laçın əhalisi Laçına geri dönür və Səmada həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına geri döndülər. Ancaq Laçında qalmaq çoxda uzun sürmədi mart ayında ermənilərin Kəlbəcərə hücüm etdikləri xəbəri yayıldı. Mart ayının 31-də Səma dayısıgillə bərabər yenidən Laçını tərk etməyə məcbur oldular.31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində olan tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə ordaca dünyaların dəyişmişdilər, Yusif dayısı ilə Səma isə yaralanmışdılar. Səmanı və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il may ayında anasına yazdığı məktubunda bildirirdi ki,qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadı, 1 aydan çoxdur ki, araxası üstədir. Ayağa qalxa bilmir. Sola ayağın tərpədə bilmir, içində güllə olduğuna görə. Əməliyyat ediblər, az da olsa ayağının şişi çəkilib.

Səmanın ailəsi ermənilərlə danışaqlar aparırdılar Səmanı və qızı Nurlanəni geri almaq üçün. Tələb olunan məbləğdə çətinliklə olsa da, toplanmışdı. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlmişdi. Və may ayının 15-nə keçən gecə Səma ömrü sona çatdı. Səmanın qardaşı Əli Səmanı və Nurlanəni geri almaqçun danışıqlara başladağı ermənidən Səmanın özünü öldürdüyün eşitdikdə çox sarsıldı. Artıq Əli ermənilərdən bacısının cəsədini almağa çalışırdı. Səmanı Tuğ kəndində dəfn etmişdilər ancaq onun cəsədinin geri alınacağın bildikləri üçün tabutda torpağa əmanət dəfn etmişdilər.

Uzun danışıqlardan sonra iyun ayının 23-də Səmanın cəsədi geri alınmalıydı. Əli və yaxın qohum-əqraba həmin günü neytral zonaya toplaşmışdı. Əli erməni Ediklə görüşmək və bacısnın cəsədin almaqçün düşmən mövqelərinə doğru irəliləyirdi. Amma ermənilər hiylə işlədərək Səmanın cəsədini yox həmin əraziyə boş tabut gətirmişdilər. Murdar ermənilərin daha ağlasığmaz və qəddar hiyləsi isə qarşıda imiş. Əliyə bacısnın cəsədini geri almaqçün qəbirləri qazıb bacısının cəsdini öz tapmalı olduğunu söylədilər. Əli, bunu eşidəndə elə ordaca Ediki öldürə bilərdi ancaq Səma yadında düşdükdə dözməli olduğun başa düşürdü. Əli Edikin bu tələbini qəbul etdi və onunla birlikdə Tuğ kəndinə gəldi. Ağır olsada Əli qəbirləri qazmağa başladı, qəbirləri qazdıqca tanınmaz hala salınmış insanları gördükdə qəzəbdən titrəsədə bunu düşmənə büruzə verməməyə çalışırdı. Ancaq bacısınıda bu vəziyyətdə görəcəyindən qorxurdu. Əli on qəbir qazmışdı amma hələ bacısnın cəsədin tapa bilməmişdi düşünürdükü bəlkə heç bacısının cəsədi burda yoxdu. Ermənilər onu aldadırlar. Amma geriyə bir qəbir qalmışdı. Əli həmin qəbrə yaxınlaşdı və bacısının həmin qəbrdə olduğunu duymuşdu sanki. Qəbri qazmağa başladı, bu qəbr digərlərindən dərin idi. Qəbri açdıqdan sonra tabutun qapağını qaldırdı və bacısının cəsədini gördükdə göz yaşlarını saxlaya bilmədi. Sonra qəbrə enib bacısnın cəsədin götürdü və cəsəd qucağında sərhəddə doğru irəllilədi. Sonra Səmanın cəsədini Beyləqandakı “Şəhidlər “ qəbristanlığının “Peyğəmbərlər” məscidində ata-baba qaydasıyla yuduzdurub, qırmızıya tutulmuş tabuta qoydurdular. Bərdənin Əyricə kəndində gətirdilər və orda dəfn etdilər.

Səmanın cəsədi geri alındıqdan sonra, Səmanın yadigarı olan Nurlanəni geri almaq haqqında düşünürdü hər kəs. Yenədə ermənilərlə danışıqlar başladı və onların tələblərin yerinə yetirməyə razı oldular.

Səmanın ölümündən sonra əsirlikdə qalan Nurlanə, əsirlərin içində olan Arzu və Nəsibəyə meyl salmışdı. Nurlanəni geri almaqçün danışıqlar aparıldığı üçün ermənilər Nurlanəni əsirlər olan yerdən götürüb Tuğ kəndində yaşayan erməni Edikin anasının yanına gətirdilər. Nurlanə 10-15 gün orda qaldı. 2-3 günə tələb olunan məbləğ və erməni əsirlərinin qarşılığında Nurlanə ailəsinə geri vrilməliydi. Amma yenədə azğınılaşmş ermənilər öz murdar əməllərindən qalmadılar və avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu nurdan məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı...

Avqust ayının 5-də yenə də, qohum-əqraba sərhəddə toplandı və Nurlanəyə qovuşacaqları anı gözlədilər. Və o an gəldi çatdı Nurlanənin dayısı Əli sərhəddə doğru addımladı və Nurlanəni geri aldı.

Nurlanə artıq neçə ildir ki, nura həsrətdi Allah tezliklə onun gözlərinə nur bəxş eləsin. Hal-hazırda Səma Kərimovanın təhsil aldığı Nağdalı kənd orta məktəbi onun adını daşıyır. Allah şəhid Səmaya rəhmət eləsin, məkanı cənnət olsun. İnşallah tezliklə Səmanın və bütün şəhidlərimizin qisasın almaq qismət olar!

5 şərh

Ramil

Allah Səmaya Rəhmət eləsin! Nurlanəyə Allahdan şəfa diləyirik. Belə namuslu qadınlarımız az deyildir.

Tunelin mühasirə xəbərini eşidəndə mənim 12-13 yaşım vardı və biz Kəlbəcər rayonunun İstisu qəsəbəsində yaşayırdıq.

Kəlbəcər rayonunda Aeroportda vertalyot gözləyirdik. Birdən tunel tərəfdə 2 qırıcı göründü və bombardman etməyə başladılar, amma uzaq olduğu üçün elə bilirdik ki, paraşütlə desantlar tullanırlar. Camaat təşvişə düşdü, mən o dəhşətli anların şahidi olmuşam. Dayım ağır yaralanmışdı. Nəsə uzun söhbətdi.

Əyər şəhidlərin qanı yerdə qalsa, demək vicdanımız yoxdur və inanın ki, başımıza bundan da dəhşətli faciələr gələcəkdir.

Ramil
Adaş, hərf səhvlərinə çox yol vermisiniz, redaktə etməyinizi xahiş edirəm. Və bir də tarixlərə tam aydınlıq gətir. 
Ramil
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. 1993-cü il martın 31-də Tuneldə mühasirəyə düşüblərsə demək onlar bir müddət Kəlbəcərdə yaşayıblar.
pascal
Belə yazılara şərh yazmaq çox ağırdır… Bu hadisələr birdir, ikidir məgər? Ürək ağrısıyla oxumamaq mümkün deyil. 
Ramil_C
Laçın rayonu 18 may 1992-ci ildə iğal edilibdir. Rayonun Kəlbəcər istiqamətində, yəni şimal hissəsində olan kəndləri işğal edilməmişdir. 31 mart 1993-cü ilə qədər Laçın rayonunun böyük bir ərazisi Azərbaycan ordusunun nəzarətində olubdur.
Tuneldə mühasirəyə düşənlər martın 31-ə qədər Laçında yaşayıbdılar.