Həsənqulu Qasımov

 Həsənqulu Qasımov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Həsənqulu Qasımov 1969-cu il İyunun 9-da Qubadlı rayonunun  Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir. Tərxis olunduqdan sonra vətənin müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Onun başçılıq etdiyi taqım əsasən Ermənistan ilə sərhəd olan Yuxarı Cibikli kəndini müdafiə etmişdir. Döyüşlərdə cəsurluğuna və qorxmazlığına, bir də öz komandirini ölümdən qurtararkən sinəsini düşmən gülləsinin qarşısına verə Qorxmaz Əlövsət oğlu Baxşəliyevin xatirəsinə görə el arasında Həsənqulu Qorxmaz çağrılırdı. Onun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Qorxmazçıların qoruduqları əraziləri almaq üçün böyük qüvvə ilə hücuma keçən düşmən geri oturduldu, lakin həmin döyüşdə Həsən Qorxmaz qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra «AZƏRBAYCAN BAYRAĞI» ORDENİ  ilə təltif olundu. Subay idi.

www.youtube.com/watch?v=bnxzBcu0EZw

Ramil Cəbrayıl

1 şərh

nurr

Allah rehmet elesin