Yusif Əliyev

Yusif ƏliyevƏliyev Yusif Pənah oğlu 1937-ci ildə Laçın rayonunun Bozdağan kəndində anadan olmuşdur.  1944-cü ildə Şamkənd kənd orta məktəbində 1-ci sinifə getmişdir.  Sonradan təhsilini Ağdam 1-N li orta məktəbində davam etdirmiş və 1954-cü ildə həmin məktəbi bitirmişdir. 
1954- cü ildə Ağdam Kənd Təsərüfatı texnikomuna qəbul olmuş,  1958-ci ildə həmin texnikomu aqronomluq fakultəsini bitirmişdir.  1958-1963-cü illərdə  S.M.Kirov adına damzlıq sovxozunda təsərüfat müdiri  işləmişdir. 1960-cı ildə Azərbaycan Kommunist Partiyasına üzv qəbul olunmuşdur. 1961-ci ildə ailə həyatı qurmuşdur.
1964-1969 – cul illərdə S.M.Kirov adına sovxozda partiya təşkilatının sədri vəzifəsinə təyin edilmişdir.
Yusif Əliyev 1969-1970-ci illərdə Laçın rayon «Pravda» kolxozuna sədr təyin edilmişdir. 1975-ci ildən yenidən S.M.Kirov adına  sovxoza partiya sədri vəzifəsinə təyin edilmişdir.
1977-1989-cu illərdə S.M.Kirov adına damazlıq sovxozunun direktoru vəzifəsində çalışmışdır.  Bu illər ərzində dəfələrlə Laçın Rayon Partiya Komitəsi Plenumunun üzvü,  büro üzvü, rayon sovetinin deputatı seçilmişdir. 1989-1993 cü illərdə Şamkənd kənd sovetinin sədri vəzifəsində çalışmışdır.
Respublika və rayon rəhbərlyi tərəfindən dəfələrlə medal və digər mükafatlarla təltif edilmişdir.
Yusif Əliyev 31 mart 1993 –cü ildə ermənilərin Laçın rayonunun kəndlərinə yenidən hücumu zamanı qohumları və kənd əhalisi ilə birlikdə kəndi tərk etmək məcburiyyətində qalaraq Kəlbəcər rayonu istiqamətində hərəkət etmişdilər. Kəlbəcərin Tunel adlanan ərazisində erməni silahlılarının mühasirəsinə düşmüşdülər. Yusif Əliyev Tuneldə həyat yoldaşı Qənirə Əliyeva, qardaşı Asif Əliyev, bacısı qızı Səma Kərimova, bacısı nəvəsi bir yaşlı Nuranə Hümbətova və digər kənd sakinləri ilə birlikdə ermənilər tərəfindən əsir götürlümüşdür.  İndiyə qədər Yusif Əliyev və onun ailə üzvləri haqqında heç bir məlumat yoxdur.
Ailəli idi,  2 oğlu, 4 qızı var.


Ramil Cəbrayıl

0 şərh