Hərbi rekordlar-2

- İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar isilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir. Yaralananlar,kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil etmişdir.

- Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxartdı. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi.Onun ordusu "Taypin tyanqo" adlanırdı və tərcümədə "Səmavi rifah dövləti" mənasını verir.

- Bəlli olan mühasirələrdən ən uzunmüddətlisi,qədim dünyanın tarixçisi Herodotun verdiyi məlumata görə,Misir hakimi I Psammetikin İsraildə İsdudun mühasirəsi olub.O.b.e.ə 664-cü ildən başlayaraq 29 il davam etmişdir.

— SSRİ-də ən çox mükafat alan L.İ.Brejnev almışdır.Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda»ali hərbi ordeni,8 Lenin,2 Oktyabr İnqilabı,2 Qırmızı Bayraq,Boqdan Xmelnitski,I dərəcəli Vətən müharibəsi,Qırmızı ulduz ordenləri,SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu,xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı.

— Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir.O,58 mükafata,o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına layiq görülmüşdür.Bundan əlavə Mkartur hərbi kompaniyalarda iştirakına görə 18 ulduz almışdır.O,İkinci Cahan savaşı zamanı Şərəf ordeni ilə təltif edilmişdir.

- ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən,SSRİ-nin hərbi xərcləri 80-cı illərin sonunda ümumi milli məhsulun 13%-dən 17%-nə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞdan 3 dəfə çox idi.

- Ekvatorial Qvineyasının prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar vermişdir.Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn "həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir".

- Ən ağır adi bomba-"Qrand sxem" 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən tətbiq edilmişdir. Onun çəkisi 9975 kq,uzunluğu 8 m idi.Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiruolu körpüsünə atılmışdır. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxartmışlar.
 

5 şərh

papatürk

Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir


Hansı mənbədən bunu götürmüsünüz? Həqiqətə qətiyyən uyğun deyil. 8 milyon adam Yaponiya ilə müharibədə itirmək mümkün deyil.

Rovshan_Quliyev
Hərbi bilik 2000/3,baş redaktor Ç.M.Məmmədov,səh.109-110
papatürk
Советско-японская война 1945 года Sağ cədvəldə itkilər verilib.Dediyim kimi,8 milyon itki ola bilməz.İtkilər belə olub:

12 031 безвозвратные 24 425 санитарные 78 танков и САУ 232 орудий и миномётов 62 самолёта.

2ral
General duqlas MakArturdan başqa George Everette də də çox medal alanlar arasındadır-70 yaxın şərəf nişanıMat qalmış
Cavid
  • Hesablamalar nəticəsində məlum olmuşdur ki son 5500 il ərzində insanlar yalnız 292 il müharibəsiz yaşamışlar
  • Ən uzun müharibə İngiltərə ilə Fransa arasında olmuşdur. 1337-1435-ci illəri əhatə etmiş 115 il çəkmişdir.
  • Böyük Britaniya və Zanzibar arasında başlanmış müharibə ən qısa müharibə olmuşdur. 1896-cı ildə başlamış və 38 dəqiqə davam etmiş, Böyük Britaniya qalib gəlmişdir.
  • Çində özünü İsa peyğəmbərin qardaşı sayan Xun Sutsuanın rəhbərliyi ilə başlamış üsyan zamanı 20 milyan insan vuruşmuş və ölmüşdür.
  • Dövrümüzün ən nəhəng dəniz döyüşü 1916-cı ildə martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 Alman gəmisinə qarşı vuruşmuşdur.
  • Məhv etdikləri təyyarələrin sayına görə rekordu Alman təyyarəçisi Erix Hartman qazanmışdır. O, 352 düşmən təyyarəsini məhv etmişdir. Bir uçuş zamanı əldə edilmiş rekordda alman təyyarəçisi Erix Rudorfferə məxsusdur. O, 6 noyabr 1934-cü ildə 17 dəqiqəlik uçuş zamanı 13 rəqib təyyarəsini vurub.
  • II dünya müharibəsi zamanı dəniz döyüşlərində də rekordu Almanlar qazanmışdır. Alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer komandanlıq etdiyi iki “U-35” və “U-139” sualtı qayıqları ilə müttəfiqlərin 195 gəmisini məhv etmişdir.