İrəvan xanlığı-1

İrəvan xanlığı Araz çayından bu tərəfdə olan 9 Azərbaycan xanlığından biri idi.Xanlıq cənub tərəfdən Qarabağ xanlığı,cənub-şərq tərəfdən Naxçıvan xanlığı ilə qonşu idi.Ermənilərin Qərbi Azərbaycana kütləvi surətdə axını 1828-ci ildən,yəni Rusiyanın İranı müharibədə məğlub etməsindən sonra ardıcıl xarakter aldı.XIX əsrin sonunda Ermənistan adlanan quberniya Qafqazda yaşayan azərbaycanlıların sayı və sıxlığı baxımından Bakı və Gəncə quberniyalarından sonra 3-cü yeri tuturdu.Erməni kahini Havanes Şaxtaxına tərtib etdiyi siyahıda 1390-1828-ci ilədək sonuncu İrəvan xanı öldürülənədək İrəvanı idarə edən xanların adlarını,hökmranlıq illərini xroniki ardıcıllıqla tərtib edib.Həmin siyahı:
Əmir Səd(1390-1410);
Pir Hüseyn-Əmir Sədinin oğlu(1410);
Pir Yaqub-Pir Hüseynin oğlu(1420);
Əbdül-Pir Hüseynin oğlu(1430);
Yaqub bəy-Cahan şahın əmri ilə(1440);
Həsənbəy Qaraqoyunlu(1460);
Uzun Həsən(1471);
Həsənbəy-Bayandurun nəvəsi(1475);
Div Sultan Rumlu(1515);
Hüseynxan Sultan(1550);
Şahqulu Sultan Ustaclı(1550-1575);
Lala Paşa-Qara Mustafa oğlu Sultan Murad dövrü(1576);
Mahmudxan Toxmaq-Xudavənd şah dövrü(1576-1583);
Fərhad paşa-Sultan Murad oğlu(1583).

0 şərh