Üç kiçik hekayə!!!

1.Şeytan
Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: " Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun! " — deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: " Allah yoxdur, Allah yoxdur! " — deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə ar gücü ilə " Allah yoxdur, Allah yoxdur! " — deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına " tələ qurmağı " qərara aldı. Dükana gediv meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlvə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, " Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun! " — deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: " Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri sənə mən aldım! ". Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: " Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətdirmisən " ...
2.Ən qiymətli Şey
Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: " Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm", — dedi — " ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey… Onu mənə verə bilərsənmi?..." 
3.Vəsiyyət
Hiss edirdi ki, çox yaşaya bilməyəcək. Artıq yaş da öz işini görmüşdü. Oğullarını yanına çağırdı. Son vəsiyytəni etmək, sonra rahat ölmək istəyirdi:
-Əzizlərim, artıq ömrümə bir şey qalmayıb. Mən öləndən sonra aranızdaa inciklik olmasın deyə, dəvələrimi indidən bölmək istəyirəm. Dəvələrin yarısını böyük oğluma verirəm. Üçdə birini ortancıl, doqquzda birini isə kiçik oğluma verirəm...
Çox keçmədi ki, qoca dünyasını dəyişdi. Nəhayət, dəvələri bölmək vaxtı çatdı. Ancaq qocanın 17 dəvəsi var idi və bu dəvələri nə 2-yə, nə 3-ə, nə də 9-a bölmək mümkün idi. Böyük oğul: " Bu işin öhdəsindən gəlsə-gəlsə, ancaq kəndin ağsaqqalı gələ bilər ", — dedi. Yığışıb ağsaqqalın yanına getdilər. Ağsaqqal onları diqqətlə dinlədi. Sonra: " Mənim də bir dəvəm var. Onu da götürün və dəvələri yenidən bölün", — dedi. Oğullar ağsaqqalın bu səxavətinə heyran qaldılar. İndi onların 18 dəvəsi var idi. Əvvəlcə, dəvələri 2-yə böldülər. Böyük oğlünün payına 9 dəvə düşdü. Sonra 3-ə böldülər. Ortancıl oğlu 6 dəvə götürdü. Sonra 9-a böldülər. Kiçik oğula da 2 dəvə çatdı. Bütün dəvələri böləndən sonra ortada bir dəvə qaldı. Yenə ağsaqqalın yanına getdilər.
Ağsaqqal məsələni öyərənəndən sonra gülümsədi və: " Mədam ki, dəvələri bölmüsünüz, onda mən öz dəvəmi geri götürürəm", — dedi. Artıq heç bir şübhəyə yer yox idi.. 

0 şərh