Kənddə yaşayırsansa çalış xəstələnmə

Əgər sənin sağlamlığın təhlükədədirsə və təcili tibbi yardım tələb edirsə, o zaman müraciət edəcəyin ilk yer ya Təcili Tibbi Yardım xidməti, ya da ən yaxınlıqdakı tibb məntəqəsi olacaq. Azərbaycanda, paytaxt Bakıda bunu etmək və lazımi kömək almaq mümkündür. Düzdür, burada da bəzi çatışmayan cəhətlər var, amma yenə də şükür etmək lazımdır ki, adamı ölməyə qoymurlar. Regionlarda isə vəziyyət tamam başqadır. O qədər başqadır ki, insanı hətta Azərbaycanda Bakıdan başqa yaşayış məntəqəsinin olmadığına inanmağa vadar edir.
Bu günlərdə Oxfam təşkilatının təşkil etdiyi bir səfərdə iştirak etdim. Səfərdə bu təşkilatın Aran zonasında yaşayan müxtəlif icmalardakı insanlara etdikləri yardımlarla tanış oldum. Bu təşkilatın insanlarımız üçün etdikləri gözəldir, amma məni düşündürən başqa şey oldu. Əgər bu təşkilat olmasaydı, səfər etdiyim ərazilərdəki tibb məntəqələri nə vəziyyətdə olacaqdı? Ordakı insanlar təcili tibbi yardıma ehtiyacları olduqda nə edəcəkdilər? kənd, tibb

2000-dən çox insanın yaşadığı Tərtərin Qaraqoyunlu kəndindəki tibb məntəqəsinə getdiyimizdə buradakı bir pasientin dedikləri məni doğrudan da təəccübləndirdi. Əlində 8-aylıq xəstə uşağı saxlayan ananın sözlərinə görə, bu ərazidə Təcili Tibbi Yardım işləmir 
“Bir məsələ olan kimi uşaqları təcili olaraq bu məntəqəyə gətirirəm, sağ olsun həkimlər. Öz şəxsi maşınımız yoxdur ki, onları hər dəfə rayon mərkəzi xəstəxanaya aparım. Əgər ciddi bir şey yoxdursa, onda burada müalicə alırıq. Yox, əgər vəziyyət ciddidirsə, rayon xəstəxənasına aparırıq, o da kəndimizdən xeyli uzaqdır.”
Ağdam rayonundan məcbri köçkünü olan bu xanım deyir ki, digər 80 ailə kimi hər ay 1 manat könüllü şəkildə ödəyir ki, onun uşaqları lazımı tibbi xidməti ala bilsinlər
   Oxfam təşkilatının burada qurduğu icma əsaslı ilkin tibbi xidmətinin modelinə əsasən, kənddə həm bələdiyyə, həm də tibb məntəqəsinin həkimi və yerli əhalinin nümayəndələrdən ibarət səhiyyə komitəsi yaradılıb. Həmin komitə Sağlamlıq Fonduna hər ailədən toplanan ianələrin nəyə xərclənməsinə qərar verir və Oxfamın layihəsi bitdikdən sonra, layihənin davamlığını təmin etmək üçün rüblük dava-dərmana xərclənəcək. Üç ayda bir məntəqəyə 300-manatlıq (təxminən $400) dərman alınır ki, bu fonda ianələr verən ailələr bunlardan pulsuz istifadə edə bilsin. 
Oxfamın köməyi ilə məntəqədə ancaq həkimlər üçün iki qəbul otağının təmiri aparılmış, su çəkilmiş, tibbi ləvazimatlarla və dərmanlarla qismən təmin olunmuşdur. Məntəqə əvvəl xəstəxana kimi fəaliyyət göstərsə də, son illər ancaq müalicəvi və profilaktik fəaliyyətlə məşğuldur, yəni xəstələr müalicə alıb evə qayıdırlar. 
  
Bu il Oxfamın səhiyyə proqramı sona çatır və sual yaranır ki, bundan sonra bu məntəqə ilə maraqlanan olacaqmı? 
Bu kənddəki tibb məntəqəsi 19-cu əsrdən qalma köhnə bir bəy evində yerləşir. Palatalardakı çarpayılar və yorğan-döşək insanı qədim dövrlərə, Tolstoyun “Hərb və sülh” romanındakı rus əsgərlərinin qaldığı palataya aparır. Sanki ölkədə müharibədir və palatalara hər gün yüzlərlə yaralı gəlir. Yaralanmış insanların sayı o qədər çoxdur ki, içərini qaydaya salmağa, otağın divarlarını rəngləməyə vaxt yoxdur. 
  Bu ərazi Azərbaycanın asan gedə biləcəyiniz yerlərdən biridir. Düzdür, yağış yağanda bəzi yollarda çətinlik yaranır, amma yenə də birtəhər ən kənardakı kəndlərə belə gedə bilərsiniz. Bəs o zaman dağlıq zonalarda yerləşən kəndlərdə, qəsəbələrdə vəziyyət necədir? Orda təcili yardım işləyirmi? Təcili yardım bir yana o kəndlərin tibb məntəqəsi varmı? Varsa, o məntəqələrin dərmanlarla təmin olunma ehtimalı nə qədərdir? 
Əgər nisbətən asan çata biləcəyimiz bu düzənlik ərazilərdə vəziyyət bu cürdürsə, o zaman şəxsən mənim bu suallara ürəkaçan cavablar almaq ümidim yoxdur. Yəqin ki, bu coğrafiyada yaşayan insanlar qorxularından xəstələnmirlər. 
Ayaz Bayramov/
 
0 şərh