Beynəlхalq Yer Günü

Yer GunuBildiyimiz kimi Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 

Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında «Ağac günü» kimi qeyd olunmağa başlanılıb və bu gün rəsmi olaraq bayram günü elan olunub. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək «Yer Günü» adlandırılıb.

1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilb. Bunda məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həlli üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub. Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Beynəlхalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.
Yer Gunu
Bununla əlaqədar 22 aprel Beynəlхalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Bu il də Beynəlхalq Yer Günü ilə əlaqədar paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində məktəbli və tələbələrlə ekoloji təbliğat xarakterli dəyirmi masalar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışlar təşkil edilir. 
 Yer Gününə Google da biganə qalmayıb, bir birindən gözəl hazırlanmış xüsusi loqoları istifadəçilərlə paylaşıbYer günü şəkilləri Yer gunu google sekilleri Yer günü mənzərələri Yer Günü kayzen.az da loqo  
loading...

0 şərh