Televiziya qarşısında vaxt keçirmək

Cahiliyyə cəmiyyətində evdar qadınların həyatlarının bir hissəsi televiziya qarşısında keçir. Bu qadınların çoxunda özünü bir alüdəçilik daha sadə dilsə desək seriallara olan vərdişə gətirib çıxardır.  Ancaq əlbəttə bu yalnız qadınlara xas vərdiş deyil. Eyni şəkildə yoldaşlarının və uşaqlarının da qoşulduğu bu saatlar, cahiliyyə cəmiyyətinin ən xüsusi zövqlərindən və ən əhəmiyyətli məşğələlərindəndir. Nə izlədikləri isə çox vaxt o qədər də əhəmiyyətli deyil. Əsas əhəmiyyətli olan əylənmək və yaşadıqları çətin mühitdən öz fikirlərinə görə bir az olsun uzaqlaşa bilməkdir. Gün ərzində hər nə etsələr etsinlər televizor həmişə açıq olur. Lakin xüsusilə də "romantik seriallar" adı verilən gündəlik  seriallar  başladığı zaman az qala  televiziya ekranına "bağlanırlar". Bu seriallarda yaşanan romantizm onlara ayrı bir həzz verir. 
Bu səbəblə də bütün gündəlik proqramlarını bu serialların saatlarına görə nizamlayır və bir yerə getmələri lazım olduğunda belə  serialı video kasetlərə yazırlar. Əgər belə bir imkanları yoxsa, bu zaman da işləri bitər bitməz qonşudan, ya da qohumlarından  böyük bir həyəcanla serialdakı son hadisələri öyrənirlər. 

Özlərinə bu romantik seriallar yerinə, daha keyfiyyətli filmlər, mədəni  proqramlar, iman həqiqətlərinin izah edildiyi sənədli filmlər təklif edildiyində belə cahiliyyə qadınları yenə də bu seriallardan imtina etmək istəməzlər və serialların gündəlik həatda rolunu tam dəqiqliklə anlamazlar.. Çünki onların dünyagörüşlərini, həyatlarını və zövqlərini ən yaxşı əks etdirən proqramlar bu seriallardır. Televiziya seyr etmək əlbəttə ki, təhlükəli bir şey deyil. İnsan bu şəkildə vaxtını çox gözəl və faydalı şəkildə də keçirə bilər. 

Amma Allahın açıq-aşkar varlığını və axirəti unutmaq, bütün vaxtı televiziya qarşısında keçirmək və daha əhəmiyyətli, ya da daha faydalı bir iş olduğunda belə yenə də bu vərdişdən uzaqlaşa bilməmək səhv davranışdır. Bu insanlar çox gözəl işlər görə bildikləri halda, məqsədsizlikləri və özlərinə yalnız "evdar qadın" şəxsiyyətini yaraşdırmış olmaları səbəbiylə bu cür düşünməz  və bundan da  narahat olmazlar. Bəs görəsən onda qadınlar nə istəyir, bu sualın cavabını vermək isə elədə asan görünmür.

 

0 şərh