Din, İnam, İman - Aforizmlər

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə, məndən içəri.

Yunus Əmrə

 

Kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir

qüvvənin sayəsində vəhdətdədir. Onun sayəsində bütün bu dünya ilahiləşir.            

Plotin                                                                                                                

 

Yeri yaradanın öz yeri olmaz.                                                                

Nizami

 

Allah mərkəzi hər yerdə, çevrəsi isə heç yerdə olmayan dairədir.

N.Kuzanlı

 

Ateizm nazik buz qatıdır: onun üstündən bir nəfər keçə bilər, amma xalq guppultu ilə uçuruma düşəcəkdir.

F.Bekon

 

Tanrı insanlığın ən böyük kəşfidir.

Cəmil Meriç

 

Varlıqda varlığı yaradanın varlığı var.

Mənsur Həllac

 

Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında

heyrətdən qaynaqlanır.

Əbu Turxan

 

Allah təkcə nizamlı dünyada deyil, xaosda, qaranlığın dərinliklərində də təzahür edir.

Əbu Turxan

 

Kainat Allahın fikridir.

Şiller                                                                                               

 

Hər şey ruhani sevinclə doludur və ara-sıra onu şüalandırır.

Uitmen

 

Bəşəriyyət – əzəliyyətdən əbədiyyətə axan nur çayıdır.                                                        

Cübran                                                                                                              

 

Hər bir nurun daxilində özündən ali nura eşq var.

Ş.Y. Sührəvərdi

 

Gözəlliyin kamil olması üçün daha ali bir element – ruhani element gərəkdir.

Emerson

 

Yaradana inanmağın ən mühüm şərtlərindən biri insanın öz yaratdıqlarının da Yaradan tərəfindən yaradıldığına inanmasıdır.

Əbu Turxan

 

İnam dünyanı müqəddəsləşdirir. Sədaqət ona qovuşdurur.                           

Teyar de Şarden

 

 

Hər cür inamın mahiyyəti onun həyata elə məna verə bilməsindədir ki, o ölümdən yüksəyə qalxır.

L.N.Tolstoy

 

İman – ürəklərdəki oazisdir ki, ora təfəkkürün karvanı heç vaxt çata bilməz.

Cübran

 

Allaha şübhə etmək əslində ona inanmaq deməkdir.

Balzak

 

Allahın ən gözəl əsəri könüldür. Qalan hər şey ancaq əsərin əsəridir.

Mövlana

 

Dinə və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, onlara bütün ruh lazımdır.

A.İ.Gertsen

 

Dinsiz elm kor, elmsiz din də topaldır.

Eynşteyn

 

Ölçülməzi ölçə bilməz ölçülər.

Zəlimxan Yaqub

 

Məni bir mən bilərəm, bir də Yaradan.

Mənə bir mən lazımam, bir də Anlayan...

Mövlanə

0 şərh