Xəyal Rza - Yağma yağış

Yağma yağış,
Sən yağanda xatirilər düşür yada,
Sən yağanda sənlə birgə ürəyimə yağır o, da.
Yağma yağış,
Gəl ağlama için-için,
Mən dərdimi sənə deyim,
Sən də danış,
Ağlayırsan axı neyçin?!


Yoxsa sən də dərd çəkirsən mənim kimi,
Sənindəmi ürəyinin qırılıbdır sarı simi?!
Mən yağmıram səndən də çox, 
Dərd yükünü çəkə-çəkə.
Mən yağmıram bu dərd ilə,
Hər gün biraz çökə-çökə.
Yağmıram ki, yar bilməsin,
Yağmıram ki, yar gülməsin,
Nə hallara salıb deyə,
Mənim boyda bir adamı,
Yağsam çatacaq dadamı?!
Yağma yağış, yağma yağış!
Qulaqlarım kar olacaq,
Guruldama yavaş danış.
Qismətini Tanrı yazıb,
Talehinlə daha barış,
Yağma yağış!
Hə… Bax belə…
Yağmayanda daha gözəl görünürsən,
Yağmayanda başqa qəmə bürünürsən.
Yağmayanda sirr qalırsan,
Insanları düşündürüb,
Min marağa salırsan.
Qoy elə bu gündən belə,
Yar ağlasın, yar yağsın.
Məndən ötrü, səndən ötrü, ondan ötrü,
Ağ gəlinlik dondan ötrü,
Xoş sevincli sondan ötrü,
Yar aglasın, yar yağsın!
Köz basaraq sinəsini dağlasın.
Yağma yağış, yağma yağış,
Daha yağmamağa çalış.

 

12 şərh

umud600


Yağma yağış,
Sən yağanda xatirilər düşür yada.

Ferbara
Yağ sən, yağış.
Xatirəsiz darıxdırır məni həyat…
Aysel218
Sheir oxumagdan cox dinlemeyi daha cox sevirem...ama gozel seir idi..oxudum hamisini ..tesekkurler
pascal
Şeir var, ürəyi sakitləşdirən nəğməyə bənzəyir. Bu, belə — nəğməli şeirdir. Əllərinizə sağlıq, Silen_ce.
Frngz
Çox sağolun qəşəng şeirdir. Amma bəzən yağmaq lazımdır içinizdeki kədəri söküb atmaq və gələcəkdə sevincdən yağmaq üçün... 
Medikamentoz
Yağ ey yağış…
azadmamedov90
bu yetim eyvazin yazdigi deyil? ela seirdir,yag ey yagis...hele ramiz tekani de qeseng serler yazirdi...onlarin ruhlari sad olsunlar…
Medikamentoz
Doğrudur,prizı v studiyu :)
azadmamedov90
hec bir dexli olmasada movzuya men bunu oxuyanlara ve xususen de xeber yerlesdiren uzvlere Subliminal Mesaj barede nese yazardiniz...