Üç əlamət

Paxıl adamın 3 əlaməti vardır: yanında olmayanın qeybətini, gördüyünə yaltaqlıq və çətinliyə düşmüş adama tənə vurar.

Günahkarın 3 əlaməti vardır: xəyanət edər, yalan danışar və özü öz dediyini inkar edər.

Riyakarın 3 əlaməti vardır: təklikdə halsız, başqalarının yanında şad olar və tərif olunmaq üçün iş görər.

İsrafkarın 3 əlaməti vardır: lazımı olmadığı şeyi alar, ehtiyacı olmadığı şeyi geyinər və ehtiyacı olmadığı şeyi yeyər.

Zalımın 3 əlaməti vardır: özündən böyüyə qarşı çıxmaqla, özündən aşağıya güc gəlməklə və zalımlara kömək etməklə zülm edər.

Tənbəlin 3 əlaməti vardır: o qədər süst olar ki, səhlənkarlıq edər. Səhlənkarlıq nəticəsində işləri xarab edər və xarab etdiyinə görə, günaha mürtəkib olar.

Alimin 3 əlaməti vardır: ALLAHI, Onun sevdiklərini və Onun bəyənmədiklərini tanıyar.

 
 

0 şərh