gələcəyimiz uçurumdadir



Azərbaycan qədim türk yurdudur. Türklərdə isə ta qədimdən bəri ismət,abır,həya üstün tutulmuşdur.Zaman keçdikcə islam amilinin meydana gəlməsi ilə bu proses daha da sürətlənmişdir. 

Lakin zaman keçdikcə elm və texnikanın inkişafı,Avropa xalqları ilə qaynayıb qarışmaq nəticəsində görünür artıq bu dəyərlər yavaş-yavaş tarixə qərq olmaqdadir. Məqsədim sizi yormaq deyil,ona görə də gəlin keçək mətləbə keçək. Mən indi bir qadının həyatindan  dsnişacam.O Azərbaycanin indi adını çəkmək istəmədiyim rayonunda yaşayırdı. Məktəbdə müəllimə idi. Həyat yoldaşı vəzifəli idi. Lakin həyat yoldaşı  başqa rayonda işlədiyindən gec-gec onun yanına gəlirdi. Lakin onun  heç bir sıxıntısı  yox idi. Vəziyyət o yerə gəlib çatmışdı ki,onun işlədiyi məktəbdə belə şagirdləri ona pis gözlə baxirdilarşbu bir neçə il belə davam etdi.Onun atası isə rayonda tanınmış insan idi.Səhbət gəlib onun atasına çatdı.atsinin bundan sonra bu xəcalətdən yaxa qurtarmaq üçün yalnız bir yolu qalırdı. Oda ki öz namusunu təmizləmək. Və o bunu  da etdi. Həmin qadın indi o biri dünyadadır.



İndi söz sizindir.sizin fikrinizcə buna dəyərdimi?

10 şərh

Nailə_Rzayeva
Bizlər daim qeyd edirik, özümüzü inandırmağa çalışırıq ki, həm mənəvi həyatımızda, həm də cəmiyyət içində demokratik bir vətəndaşıq, yəni azadıq. Amma əsla belə deyil. Çünki daim kimlərinsə fikrindən, düşüncəsindən asılıyıq və taleyimizi, həyatımızı, addımlarımızı məhz kimlərinsə sözlərinə görə idarə edirik.  Məni yanlış anlamayın, mən demirəm ki, könlümüzdən necə keçir elə də hərəkət etməliyik. Amma müəllifin yazdığı bu hadisədən də şahid oluruq ki, əgər kimsə kiminsə haqqında hökm verirsə deməli o insan haqlıdır, ittiham olunana isə söz haqqı verilmir. Sualınıza cavab olaraq onu deyə bilərəm ki, dəyməzdi. İnsanlar həmin insan haqqında müxtəlif düşüncədə ola bilərlər, bəs onun şəxsi mənəviyyatı, o təmiz olandan sonra onu cəzalandırmaq haqsızlıq deyilmi? Əgər onun yoldaşı, atası ətraf mühitin düşüncəsinə bu qədər əhəmiyyət verirdisə, onda qadını tək qoymazdı. Deməli ilk əvvəl günahkar onlardır. Mən millətimi sevən insanam, amma onu da bilirəm ki, bizim xalq " Öz gözündə tiri görməyib başqasının gözündə tük axtaran«lardır.
2ral
qadın günahkar idi və ölməyə də dəyərdi.
sufi bilir ki,həmin qadın haqqında eşitmişəm.Bəs qadın fikirləşdmirdimi ki,o pis yolda olanda onun özü bir yana,onun əri,atası,qohumları pis vəziyyətdə qalır?
Nailə,məsələ bundadır ki,qadını fahişə olduğuna görə yox,o fahişə oluib öz qohumlarına,nəslinə də ləkə gətirdikləri üçün öldürürlər(cəzalandırırlar).
Nailə_Rzayeva
Çox üzr istəyirəm, mən başa düşmədim. Axı məqalədə qadının hər hansı bir günahının olması yazılmayıb axı. Həm də, əgər o doğrudan da günahkardırsa, bu onu öldürməyə haqq vermir.
fidan
Başa düşmədim. Qadının əri yanına gec-gec gəldiyinə görə məktəbdə uşaqlar pis baxırdılar? Yazanda bir qədər ətraflı yazın,yoxsa 3 sətir yazı yazıb sual soruşurlar.
Nə olur olsun,qadının həyatını məhv etməyə heç nə səbəb ola bilməz. Nə qədər günahkar olsa da,atasına ixtiyar verilmib ki,bir insanın həyatını əlindən alsın.
nərgiz
özlərini apara bilmirlər,dədə-balalarını pis vəziyyətə qoyurlar,ölürlər,sonra da deyirlər ki,niyə öldü?
Zəhmət çəksin özünü yaxşı aparsın!
2ral
Yaxşı ki,sənin kimi düşünən qızlar var:-)
kiber

Yazı elə formada yazılıb ki, hansısa şərh bildirmək çətindir.


Amma, ata namusunu təmizləyibsə düz edib! Ata neçə il əziyyət çəkməyib ki, qızı onun cəmiyyətdə olan hörmətini 1 günün içində puç etsin, camaat arasında başı aşağı gəzsin.


Nədənsə qızlar yazıb onu öldürməyə haqq vermir, bəs siz qızlar atanın yerində olsaydınız nə edərdiz?

Leyla
Niyə görə atanın başı aşağı olmalıdır ki? Ata ayrı adamdır,qızı ayrı. ata öz borcunu edib,onu boya-boşa çatdırıb. Daha durub ona görəhəbsə düşəsi deyil.
İndi ata qızını öldürdü,düşdü həbsə.nolsun? Bununla guya nə düzəldi? Qızı düz yola qaytıdı ya ata xoşbəxt oldu? İndi ata neçə il həbxsanada zülm çəkəcək. Bu lazım idı?
kiber
Yaxşı çıxış yolu nədir sizcə? Elə bilirsiz onun hərəkəti bircə atanı başı aşağı edir? Qardaş, nəslində olan kişi xeylaqlalı. Bəs bunlar? Ata öldürməsə də, onlardan biri edəcəkdi bunu. Qızlar bu cür nalayiq hərəkətlərə getməmişdən əvvəl düşünməlidirlər. Heç bir əyri hərəkətinə görə qıza haqq qazandırmaram. Sizlər elə mövqedən çıxış edirsiniz ki, hamınız haqq qazandırırsız, amma çıxış yolunu yazmaqda çətinlik çəkirsiz…
Arzt
Bu qadını nə ATa-Qardaşı, nə də yoldaşı yaşatmalı idi.Etdiyi hərəkətlətlə Ata,qardaş və ya həyat yoldaşının namusuna barmaq arası baxan qadın ölümə məhkumdur.