Paul. Səkkiz ayaqlı proqnozçu.

10 iyul. Ekzotik dəniz heyvanı olan Paul növbəti dəfə qarşıdakı Dünya Çempionatı oyununun qalibini seçməlidir. Bu dəfə 3-cü yerin qalibi müəyyən olunacaq. Final qabağı hazırlıq.

Uruqvay - Almaniya. Paul qutulara yaxınlaşır. Əvvəl üzərində almaniyanın bayrağı olanı seçir. Sonra əks tərəfə - Uruqvayın qutusuna yönəlir. 15 dəqqəlik tərəddüddən sonra səkkizayaqlı ilbiz son qərarını verir - Almaniya.

11 iyul. Futbol üzrə 19-cu Dünya çempionatı. 3-yer uğrunda görüş. Almaniya hesabı açır. Uruqvay iki qolla hesabda irəli keçir. Almanlar güc toplayaraq daha 2 qol vurur və qalib gəlir.

osminoq Paul

Hər oyundan qabaq ilginc münəccim öz dəqiq proqnozlarını verir. Onun akvariumuna içində qida olan iki şəffaf, plastik paket qoyulur. Hər paket iştirakçı ölkələrin bayraqları ilə işarələnir. Səkkizayaqlı ilbizin içindən yemək yediyi akvariumdakı bayrağın təmsilçiləri növbəti görüşdə qalib gəlir. Bu günə kimi onun 13 proqnozundan 11 düz gəlib. 85% - yüksək göstəricidir.


Əslən ingilis olan, hazırda Almaniyanın Oberhausen şəhərində yaşayan proqnozçu karyerasını Almaniyanın oyunları üzərində qurub. 2008-ci ildən bu işlə məşğul olan Paul elə o vaxt ilk səhvinə yol vermiş və Avropa Çempionatının finalında Almaniyanın İspaniyaya qalib gələcəyini "iddia etmişdi". Amma çempion ispanlar oldu. Yəqin buna heyvancığazın patriotik hissləri səbəb olmuşdu.

Almanlar cari çempionatın yarımfinaılnda Paulun göstərdiyi kimi yenə ispanlara məğlub olduqdan sonra yerli fanatlar hiddətləndi. "Görəsən qızarmış halda o necə görünərdi?" ifadəsi alman azarkeşlər arasında adi zarafata döndü. Belə şeylərin qarşısını almaq üçün su heyvanının peyğəmbərliyinə simpatiya göstərən İspaniyanın Baş Naziri Jose Zapatero isə zarafatca onun üçün müdafiə dəstəsi göndərməyi təklif etdi. Sənaye Naziri Miguel Sebastian Paula İspaniyada sığınacaq verilməsi fikri ilə çıxış edib. İspaniyanın Ətraf-mühit və Balıqçılıq Naziri Elena Espinoza isə bir qədər da irəli gedərək Avropa Nazirlər Şurasında Paul-un almanlar tərəfindən ovlanmaması və yeyilməməsinə dair müracitə edəcəyini bildirmişdir.

Bir sutkadan az müddətdən sonra biz yeni Dünya Çempionunun adını biləcəyik. Paul isə öz proqnozunu artıq verib.




*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

*Müəllifin icazəsi olmadan mətni istifadə etmək qadağandır.

12 şərh

bankir
Ahtapot türkcədir.Azərbaycan dilində osminoq olmalıdır.
Türkəl
Osminoq yazsaydım, başqası deyəcəkdi bu ruscadı, bizim dilidə ahtapot olmalıdır. Google'da tərcümə belədir.
tenqo
Rusca osminoq, türkcə ahtapot, azərbaycanca səkkizayaqlı ilbizdir
Türkəl
Düzəlişinizi nəzərə aldım, çox sağ olun
Arzt
Belə bir proqnoz verən olsaydı bir az pul qazanardıq.13 oyunun 11ni düz getirib.Nəticəsi pis deyil.Harda saxlayırdılar eee onu? ;-)))
Türkəl
Hələ ki almanlar ondan qrill hazırlamayıblar, Oberhausen şəhərindədir.
r9perviz
Mənim ürəyimə damıb ki, Paul bu oyunun nəticəsini səhv deyib. Görək bu gün Çempion kim olur.
r9perviz

Mənim ürəyimə səhv damıbmış, Paul bu oyunun nəticəsini də düz tapdı :)

Türkəl
Paul bu gün səhər saatlarında öldü.
2ral
Allah rəhmət etsin. Rəhmətlik yaxşı proqnoz verirdi.
bankir
Paul yaxşı proqnoz verirdi. Görünür bookmaker kontorları görüb bizneslərinə ziyan olacaaq.Ona görə yəqin Paulu zəhərləyiblər:-)
Yucin
Deyir güya heykəl qoymaq istiyirlər Paulçun.