Bir evdə iki mənə yer yoxdur

Mövlana həqiqi dostluğu belə  anladır Kor bir şəxs dostunun qapisini döyür. Dostu Kimdir? deyə soruşanda Mən deyə cavab verir. Dostu Get! hələ vaxtı deyil. Çünki mənim süfrəmdə xam insana yer yoxdur. Xam insanı ayrıliq atəşindən savayı nə bişirib nifaqdan qurtara bilər? deyir. O kədərlənərək oradan uzaqlaşır. Düz 1 il dostunun ayriliq atəşi ilə yanıb yaxılir. Sonra yenə gəlir.Dostunun evinin ətrafında gəzməyə başlayır. Qorxa-qorxa, ağzından  ədəbdən kənar bir söz çıxmasın deyə qapını hörmətlə döyür. Dostu Kimdir? deyəndə isə Könlumu alan sevgili sənsən, sən!  deyir. Dostu isə cavabında belə deyir. Madam ki indi sən mənsən, onda gəl! Çünki bu evdə iki mənə yer yoxdur.
.

1 şərh

ilham
Heç nə başa düşmədim