Səbr

Fərasət sahiblərinin iştahları səbrdir, onlar səbr etmək istəyirlər. halva isə uşaqların istədiyi bir şeydir. Səbr edən göylərin üstünə yüksələr, halva yeyən isaə geridə qalar. Səbr dərmanı gözlərin pərdəsini yandırar, sinə və qəlbləri də yarıb-açar. Səbr iman səbəbi ilə baş tacı olar Buna görədir ki, səbri olmayanın imanı da olmaz. Səbr Sirat körpüsünə bənzəyər, Cənnət isə digər tərəfdədir. Allah yüz minlərlə kimya yaratdı, lakin insan səbr kimi bir kimya görmədi. Axtaran, nəhayət ki, tapar. Qurtuluş səbrdən doğar. Ayın gecə səbr etməsi onu açıq-aydın bir hala gətirər. Gülün tikana səbr etməsi onun gözəl ətirli olmasına səbəb olar. Kimdə yaxşı bir libas gorsən, bu hal onun səbrsizliyinə işarədir. Səbr sənə qanad olarsa, canın ərş və kürsünün ta ucalıqlarına qədər gedib çıxar. Həzrəti Mustafaya (səlləllahu əleyhi və alihi vəsəlləm bax, səbri Buraq etdi, bu Buraq da onu göylərə qaldirdi. Hər kimin  təbiətində səbr yoxdursa, Allah ona kamil iman verməmişdir. Səbr imanın baş tacı olar. Səbri olmayanın tam imanı da olmaz. Ey insan! Uca Allah səbri Haqqa yaxın olaraq zikr etdi.Əsr  surəsinin sonunu diqqətlə oxu!
 

2 şərh

bahar

Allah səbrli insanları sevir. Səbr insanı edəcəyi başqa günahlardan çəkindirir.


Allah cümləmizə səbr versin.