Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

9 üzv, 40 topik

O, heç vaxt sənətə xəyanət etmədi

Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. Atası Bəbir Xanızadə onu aktyor kimi görmək istəmirdi. Amma balaca Hamletin aktyorluq həvəsi hər şeyə qalib gəlir. Hamlet Xanızadə uşaqlıqdan teatra, kinoya meyilli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.
Davamı →

Hüseynova bacılarından biri

Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan aktrisa Sona xanım Hacıyeva yaradıcılığı az tədqiq olunan sənətkarlarımızdandır. O, elə bir ağır zamanda səhnə fəaliyyətinə başlamışdı ki, həmin illərdə nəinki qadınların, hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmır, sənət ustaları cəhalət və nadanlıq dünyası insanlarının qurbanlarına çevrilir, qətlə yetirilirdilər.
Belə bir çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyan Sona Hacıyeva heç nədən çəkinməmiş, xalqın savadlanması və maarifləməsi üçün əlindən gələni etmişdir.
Davamı →

Haqqında danoslar yazılan, iki dəfə həbs olunan xalq artisti

Azərbaycan  səhnəsinin qüdrətli sənətkarları içində Kazım Ziyanın  xüsusi yeri var.  Onun səhnədə yaratdığı müxtəlif obrazlar  bir sənətkar üçün  olduqca səciyyəvidir. Geniş aktyorluq diapozununa  malik olan Kazım Ziya səhnəmizdə tamamilə müxtəlif  ruhlu və xasiyyətli rollar oynamış, bir çox yadda qalan surətlər yaratmışdı.
Kazım Cəfər oğlu Kazımzadə (Kazım Ziya) 1896-cı ildə (bəzi mənbələrdə 1894-cü il göstərilir) Ordubad rayonunun Yuxarı Əylisli kəndində bağçı Cəfərin ailəsində dünyaya göz açıb.
Davamı →

Ögey anada evi yıxılan Arif

— Arifin evi yıxıldı!.. — Arifin evi yıxıldı!..  Məşhur “Ögey ana” filminə baxanlar həyəcanla deyilən bu sözləri şübhəsiz ki, yaxşı xatırlayırlar...
Bu yazımızda Ögey ana”ın əsas qəhrəmanlardan biri – İsmayılın atası Arif rolununun ifaçısı – aktyor Fateh Fətullayevdən söhbət açacağıq...
Uzun illər keçməsinə baxmayaraq, kiçikdən -böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmi Azərbaycanın şedevr ekran əsərləri sırasına daxildir.

Davamı →

Kinomuzun Qaloşlu adamı

Yazıçı Süleyman Rəhimovun «Mehman» əsəri əsasında rejissor Muxtar Dadaşovun çəkdiyi  “Qanun naminə” filmində bir obraz var — Qaloş… Filmdə mübarizə əsasən iki personaj – prokuror Mehmanla prokurorluğun xidmətçisi Qaloş arasında gedir. Daha çox “Mehman” adı ilə tanınan bu ekran əsərinə baxanlar bilir ki, Qaloş əks cəbhənin ümumiləşmiş obrazı kimi çıxış edir.
Mənfi qəhrəmanlar içərisində özünəməxsusluğu ilə seçilən Qaloş kinomuzda yaradılmış ən koloritli obrazlardandır. Belə olmasaydı, bu gün də yeri gələndə mənfi xarakterli, iblis simalı şəxsləri Qaloşa oxşatmaz, Qaloş adlandırmazdılar.
Davamı →

Bığına görə şiddətli töhmət almış Xalq artisti

Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq obraz yaratmış məşhur teatr və kino aktyoru Ağahüseyn Cavadov… Onun ustalıqla yaratdığı obrazlar uzun illərdir hafizələrdə yaşayır.  Mübaliğəsiz demək lazımdır ki, bu aktyorun oynadığı rollara baxdıqca baxmaq istəyirsən...
“Görüş” filmində suçu Əbülfəz, “Sehirli xalat”da vəzir, “Bəxtiyar”da Rza, “Əhməd haradadır?”da usta Əhməd, “Bir qalanın sirri”ndə falçı-rəmmal, “Şərikli çörək”də İsmayıl baba, “Qızmar günəş altında”da Pirioğlu… İstedadlı aktyorun yaratdığı həm baş rollar, həm də epizodik rollar illər keçsə də, bu gün də böyük maraqla izlənilir.
Davamı →

Mircəfər Bağırovu heyrətləndirən aktyor -Əliağa Ağayev

O, yayın istisində ictimai nəqliyyatda  gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər.  O vaxtlar sənətkara belə hörmət vardı. 
Davamı →

Mixaylo kimi tanınan Nodar Şaşıqoğlu

Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub, atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.
N.Şaşıqoğlu acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub.

Davamı →

Yaratdığı bənzərsiz obrazlarla əbədiyaşarlıq qazanan sənətkar

«Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.  SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyi barədə söhbətinə həmişə bu sözlərlə başlayardı. Sənətin çətin, əzablı yollarından doymadan danışardı. Tamaşaçıların ona məhəbbətindən qürur duysa da, bu barədə təvazökarlıqla söz açardı.
Davamı →

Xan kimi qürurlu xalq artisti | Kazım Abdullayev

Deyir ki, — “Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm”...
Öz prinsipləri ilə yaşayan insandır: Heç vaxt heç kimin xətrinə dəyməz, arzu olunmadığı yerə getməz, bir də ki, qadın rolunu oynamaz. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Xarakterli adamdır. Özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaratdığı obrazların hamısını ürəklə ifa edib. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…
Davamı →