Рейтинг
+2.67

Tanınmış aktyorlar və aktrisalar

9 üzv, 46 topik

Kinomuzun Qaloşlu adamı

Yazıçı Süleyman Rəhimovun «Mehman» əsəri əsasında rejissor Muxtar Dadaşovun çəkdiyi  “Qanun naminə” filmində bir obraz var — Qaloş… Filmdə mübarizə əsasən iki personaj – prokuror Mehmanla prokurorluğun xidmətçisi Qaloş arasında gedir. Daha çox “Mehman” adı ilə tanınan bu ekran əsərinə baxanlar bilir ki, Qaloş əks cəbhənin ümumiləşmiş obrazı kimi çıxış edir.
Mənfi qəhrəmanlar içərisində özünəməxsusluğu ilə seçilən Qaloş kinomuzda yaradılmış ən koloritli obrazlardandır. Belə olmasaydı, bu gün də yeri gələndə mənfi xarakterli, iblis simalı şəxsləri Qaloşa oxşatmaz, Qaloş adlandırmazdılar.
Davamı →

Bığına görə şiddətli töhmət almış Xalq artisti

Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq obraz yaratmış məşhur teatr və kino aktyoru Ağahüseyn Cavadov… Onun ustalıqla yaratdığı obrazlar uzun illərdir hafizələrdə yaşayır.  Mübaliğəsiz demək lazımdır ki, bu aktyorun oynadığı rollara baxdıqca baxmaq istəyirsən...
“Görüş” filmində suçu Əbülfəz, “Sehirli xalat”da vəzir, “Bəxtiyar”da Rza, “Əhməd haradadır?”da usta Əhməd, “Bir qalanın sirri”ndə falçı-rəmmal, “Şərikli çörək”də İsmayıl baba, “Qızmar günəş altında”da Pirioğlu… İstedadlı aktyorun yaratdığı həm baş rollar, həm də epizodik rollar illər keçsə də, bu gün də böyük maraqla izlənilir.
Davamı →

Mircəfər Bağırovu heyrətləndirən aktyor -Əliağa Ağayev

O, yayın istisində ictimai nəqliyyatda  gənc bir oğlanın qəzəblə axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qazanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi işə götürürlər.  O vaxtlar sənətkara belə hörmət vardı. 
Davamı →

Mixaylo kimi tanınan Nodar Şaşıqoğlu

Nodar Şaşıqoğlu 1927-ci ildə Tiflisdə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan olub, atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb.
N.Şaşıqoğlu acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950–1957-ci illərdə burada Dram və Komediya Teatrında işləyib, 1957–1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962–1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub.

Davamı →

Yaratdığı bənzərsiz obrazlarla əbədiyaşarlıq qazanan sənətkar

«Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.  SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyi barədə söhbətinə həmişə bu sözlərlə başlayardı. Sənətin çətin, əzablı yollarından doymadan danışardı. Tamaşaçıların ona məhəbbətindən qürur duysa da, bu barədə təvazökarlıqla söz açardı.
Davamı →

Xan kimi qürurlu xalq artisti | Kazım Abdullayev

Deyir ki, — “Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm”...
Öz prinsipləri ilə yaşayan insandır: Heç vaxt heç kimin xətrinə dəyməz, arzu olunmadığı yerə getməz, bir də ki, qadın rolunu oynamaz. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Xarakterli adamdır. Özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaratdığı obrazların hamısını ürəklə ifa edib. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…
Davamı →

AzDramanı incidilərək tərk edən Xalq artisti

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.
Uşaqlıq  çağlarında  laqeyd  və  hətta  qorxu  ilə  yanaşdığı  teatra  bir  gün vurulacağı  heç  ağlına  belə  gəlməzdi. Onun sənət həyatı bir qorxu ilə bir eşq arasında təcəlli etmişdi… Sonralar qələmə aldığı  “İki  ömrüm  olsaydı...”  xatirə kitabında bu nüansı xatırlayır.
Davamı →

Həbsxanadan keçən ömür yolu

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki,  yerindədir.  İndi söhbət açacağım şəxs də istedadlıdır,  illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər…
Davamı →

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi

Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.
Davamı →

Azərbaycan teatrının əfsanəvi Məcnunu

Üzeyir bəy Hacıbəylinin 1908-ci il yanvarın 12-də tamaşaya qoyulan «Leyli və Məcnun” operasında oynadığı Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə „Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar. O, buna etiraz etmirdi və hətta bu ad onun xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.
Davamı →